-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

2019-cu ildə 999 azərbaycanlı Almaniyadan sığınacaq istəyib

768 nəfərin qaçqın statusu haqqında müraciətinə rədd cavabı verilib.

21:34:26 | 2019-07-31

2019-cu ilin ilk altı ayı ərzində 999 Azərbaycan vətəndaşı Almaniyadan sığınacaq istəyib. MeydanTV-nin məlumatına görə, bu barədə Almaniyada fəaliyyət göstərən “Leqat” İnteqrasiya Mərkəzi hesabat yayıb.

Məlumatda deyilir ki, qaçqın statusu almaq üçün Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarəyə (BAMF) müraciət edən 999 azərbaycanlıdan 706 nəfəri ilk dəfə, 293 nəfəri isə təkrar ərizə ilə müraciət edən şəxslərdir.

“2019-cu ilin 6 ayı ərzində qaçqın statusu üçün müraciətlər üzrə 1400 qərar qəbul edilib. Onlardan 6 nəfərinin sığınacaq haqqında ərizəsi üzrə müsbət cavab, 46 nəfərə qaçqın statusu verilib”.

Mərkəz bildirir ki, qaçqın statusu haqqında qanunun 41-ci paraqrafına əsasən, 15 nəfərin subsidiar müdafiə haqqında ərizəsi üzrə müsbət qərar qəbul edilib. Almaniyada yaşayış yeri haqqında qanunun 60-cı paraqrafının V və VII hissələrinə əsasən, Azərbaycana deportasiyanı qadağan edən hallar mövcud olduğu üçün 7 nəfərə müvəqqəti yaşayış icazəsi verilib:

“Beləliklə, 6 ay ərzində cəmi 74 nəfərin müraciəti üzrə BAMF müsbət qərar qəbul edib və onlara Almaniyada müvəqqəti yaşayış icazəsi verib.

768 nəfərin qaçqın statusu haqqında müraciətinə isə rədd cavabı verilib. Almaniyada qaçqın statusu haqqında ərizəsinə baxılmasının mümkünsüzlüyü nəzərə alınan 558 nəfərin müraciətinə baxılmaqdan imtina edilib. Buna Dublin müqaviləsinə əsasən, başqa ölkələrə göndərilməsi gözlənilən şəxslər, müraciətdə qaçqın statusu əlamətlərinin olmaması və s. hallar aiddir.

Bu isə o deməkdir ki, ümumilikdə 1400 nəfərdən 1326 nəfərə bu və ya digər formada rədd cavabı verilib”.


ETİKET :  

Daha Çox