-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“CNN Türk”ün müxbiri: Gəncə terroru zamanı üsyan etdim

"Gəncə terrorunda o körpənin əlinə toxunduğum anı ömrüm boyunca unuda bilmərəm"

21:59:28 | 2020-11-02

Bu sözləri "CNN Türk"ün məşhur müxbiri Fulya Öztürk İctimai TV-yə açıqlamasında bildirib.
Fulya Öztürk Gəncə terroru zamanı şahidi olduğu, yaşadığı anları bu cür təsvir edib:
"Bir aydır ki, Azərbaycandayam və mənim üçün fərqli təcrübələr oldu. Gəncə terroru zamanı hadisə yerində müxbir kimi iştirak etmədim, bir insan kimi üsyan etdim. Çünki hücum vaxtı atılan raket mənim qaldığım otelin yaxınlığına düşmüşdü. Bu anı mən yaşadım. Biz o vahiməli səs ilə oyandıq. Ermənistanın qətliamçı ruhunu hiss edərək, oyandım.
Təsəvvür edin, hər yer qaranlıq, insanlar ağlayır, qadınlar üsyan edir. Orada soyuqqanlı dayanıb, yayım edə bilməzdim, zatən edə də bilmədim. Səsim titrədi, özümü ağlamaqdan güclə saxladım.
Qarşıma körpə uşaq çıxdı, onun əli, əlimə dəydi. Həmin an yaşadığım hissləri ömrüm boyu unuda bilməyəcəm.
Əslində, Gəncəyə qədər çox ağır məkanlardan reportajlar hazırladım. Məsələn, Suriyada və digər yerlərdə oldum. Amma bu, Ermənistanın etdiyi qətliam idi. Bunu hər kəsə bağıraraq demək istəyirəm. İşğalçı olmağı ilə bərabər, Ermənistan həm də qətliamçıdır. Bu gün və ya sabah mən də ölə bilərəm, hər şey ola bilər. Çünki ermənilərin elə zehniyyəti var ki, onlar mülki əhalini hədəfə alırlar".
Xatırladaq ki, Fulya Öztürk Gəncə və Bərdə terroru zamanı operativ canlı yayımlarla reportajlar hazırlayıb, Azərbaycan həqiqətlərini dünyaya çatdırmağa çalışıb.


ETİKET :  

Daha Çox