-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Çinin vaksin diplomatiyası

Çinin vaksin diplomatiyası

22:22:11 | 2021-02-19

Çin COVID-19 vaksinləri əldə etməyə çalışan Mərkəzi və Şərqi Avropa ölkələrini Sinovac vaksini ilə təmin etməyi vəd edir. Pekin bu vədi bu ayın əvvəli mərkəzi və şərqi Avropanın 17 ölkəsi ilə keçirilən sammitdə edib. Ekspertlər bunu Pekinin nüfuzunu artırmaq və Çinin ticarət partnyorlarını şaxələndirmək kimi qlobal səylərinin bir hissəsi olaraq görürlər.

Çinin pandemiya diplomatiyası Mərkəzi və Şərqi Avropa ölkələri əhalisi tərəfindən həyat qurtaran vaksinləri təmin etmək üçün getdikcə artan təzyiqlə üzləşdiyi vaxta təsadüf edib.

Təhlilçi C.Stefen Morrison Amerikanın Səsi radiosuna deyir ki, onların lazımi vaksin dozalarına ala bilməmələri Çin üçün bir imkan yaradıb.

“Avropa və Şimali Amerikanın ən güclü ölkələri vaksin ehtiyatlarını artırırlar. Çinlilər isə onlara öz vaksinlərini satmağa çalışırlar və ondan diplomatik alət kimi istifadə edirlər,” o deyir.

Ekspert Valbona Zeneli deyir ki, Çin vaksinlərini xoş niyyət məqsədilə onlara verir, lakin eyni zamanda regionla Qərbdəki müttəfiqləri arasında ixtilaf yaratmağa çalışır.

“Cənubi, mərkəzi və şərqi Avropada Avropa İttifaqı və Aİ-nın vaksinasiya və daha öncə başqa məsələlərə yanaşması ilə bağlı narazılıq yaratmağa çalışır,” Corc C. Marşal Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzindən Valbona Zeneli bildirir.

Çin 2012-ci ildən bəri mərkəzi və şərqi Avropaya böyük infrastruktur layihələri üçün kredit verib və birbaşa investisiyalar edib. Lakin on il keçməsinə baxmayaraq bu layihələr yerli bizneslər üçün çox az sayda işlərin yaranmasına və ya iqtisadi təkana səbəb olub. İndi isə Çinin əmək haqları və ətraf mühitin qorunmasına məhəl qoymayan biznes pratikaları ilə bağlı narahatlıqlar mövcuddur.

“Əksər hallarda bunlar bu ölkələrin hökumətlərinin geri ödəyəcəkləri borclardır. Bunlar həmçinin qeyri-şəffaf müqavilələrdir ki, Çin şirkətləri layihələri Çinin əmək qüvvəsi və Çinin xammalları ilə həyata keçirirlər.”

Ticarət məsələsinə gəldikdə isə Zeneli dərinləşən qeyri-bərabərliyin mövcud olduğunu qeyd edir. Belə ki, bundan ən çox Çin şirkətləri faydalanır, yerli bizneslərin Çinə ixraclarında isə böyük artımlarolmayıb.

C. Stefen Morrison isə deyir ki, bu hal dəyişə bilər, çünki Çin ABŞ idxallarından asılılığı azaltmaq üçün yeni idxal tərəfdaşları axtarır.

“Onlar bu dərin qarşılıqlı asılılıqdan uzaqlaşırlar. Onlar bunu azaltmağa çalışırlar və əvəzləmək istəyirlər. Bəlkə də ona görə onlar bura üz tuturlar və şərqi və mərkəzi Avropadan Çinə ixrac bazarlarını müzakirə edirlər.”

Morrison deyir ki, Çin digər şirkətlər kimi hərtərəfli sınaqlar keçirmədən vaksinlərini istifadəyə verməklə böyük risk aldı. O xəbərdarlıq edir ki, vaksinin uğursuz nəticə verməsi Çinin etibarı ilə yanaşı bir çox şeyə zərər vura bilər.

“Bu, vaksinə olan ictimai inamı və etibarı məhv edə bilər. Bu, bizi geri apara bilər. Dünya kütləvi immunitet əldə etməyə, yəni əhalinin 75-80 faizinə təhlükəsiz və effektiv vaksin vurmağa doğru irəliləməlidir,” Morrison bildirir.

Çin nüfuzunu artırmağa çalışdığı bir vaxt, ekspertlər Qərb qüdrətlərinin Çinin mərkəzi və şərqi Avropadakı zəifliklərdən istifadə edərək qlobal bazarda ədalətsiz üstünlük əldə etməməsini təmin etmək üçün üzərlərinə daha qətiyyətli öhdəlik götürmələrinə ehtiyacın olduğunu vurğulayırlar.

Ekspertlər deyir ki, Pekin hədəflərinin olduğu Avropada və başqa yerlərdə oyunu qaydalarına görə oynayan qlobal qüdrət olmağın öhdəliyini almağa hazır olduğunu sübut etməlidir.


ETİKET :  

Daha Çox