-- Adversting 9 --
-- Adversting 10 --

21-ci əsrdə Gəncədə elektrik enerjisinə həsrət qalan ailələr

21-ci əsrdə Gəncədə elektrik enerjisinə həsrət qalan ailələr: “Müraciətimizə heç bir əhəmiyyət verilmir”

15:20:37 | 2021-08-29

21-ci əsrdə yaşayırıq və elm, texnika o qədər inkişaf edib ki, bir tuşa basmaqla bütün problemlərimizi həll etmək mümkün olur. Lakin Gəncə şəhəri, Cavadxan qəsəbəsinin sakinləri nəyinki elm, texnikadan istifadə edə bilmək, heç elektrik enerjisindən istidafə edə bilmirlər. Bir sözlə, qəsəbə sakinləri illərdir ki, işıq üzünə həsrətdirlər. Qəsəbə sakinləri elektrik enerjisinin hələ icad olunmadığı bir dövrün qanunları ilə yaşamağa məcburdurlar.

Belə ki, el arasında "Quşçular qəsəbəsi" deyilən ərazidə əhalinin çox olmasına baxmayaraq transformator yoxdur. Sakinlərin sözlərinə görə, yaşadıqları ərazi ilə transformator arasında 650 metr məsafə var. Ona görə də bu əraziyə elektrik xətti çəkilmir.

“Elektrik dayağı bizim yaşadığımız evin 450 metrliyində var. Dəfələrlə İcra başçısı Niyazi Bayramova və digər aidiyyatı şəxslərə müraciət etməyimizə baxmayaraq müraciətimizə heç bir əhəmiyyət verilmir və bizimlə ümumiyyətlə, əlaqə saxlanılmır.

Elm-texnikanın bu qədər inkişaf etdiyi dövrdə biz elektrik enerjisinə həsrətik. Qonşuların bir neçəsi işıq olmadığına görə gedib başqa yerlərdə kirayədə qalırlar. Lakin bizim başqa yerdə qalmağa imkanımız yoxdur. Evdə azyaşlı uşaqlarımız var”, - deyə qəsəbə sakini Quliyev Vasif İsrafil oğlu bildirir.

Məsələ ilə bağlı "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Aydınoğlu ilə dəfələrlə əlaqə saxlamağımıza baxmayaraq, məsələyə aydınlıq gətirilmədi. V.Aydınoğlu zənglərimizə "otboy"la cavab verdi.

Görünür, bu qəsəbə sakinlərinin işıq problemi taleyin ümidinə buraxılıb.

Leyla Mirzə, (BizimYol)


ETİKET :  

Daha Çox