-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

2020-ci ilin ən zəngin adamı - Elon Mask

Dünyanın ən zəngin yeni adamı - Tesla elektrikli avtomobil şirkətinin təsisçisi Elon Mask.

12:37:15 | 2021-01-08

GancaPost.info Amerikanın Səsi radiosuna istinadən xəbər verir ki, SpaceX və The Boring Company şirkətlərini də idarə edən Maskın 185 milyard dollardan çox sərvəti var.

2017-ci ildən bu günə qədər bu titula sahib olan Amazon qurucusu Bezosun 184 milyard dollar dəyərində sərvəti olduğu təxmin edilir.

CNBC-nin məlumatına görə, Elon Mask zənginlər siyahının zirvəsinə tarixdə ən sürətli yüksələn şəxsdir.

2020-ci ilin əvvəlində 27 milyard dollarlıq gəliri ilə o, ən zəngin 50 nəfərin siyahısında yer alıb.

İyul ayında Mask investisiya simvolu Warren Buffett-i keçən yeddinci varlı adam idi.

Noyabr ayında o, Microsoft-un təsisçisi Bill Qeytsi ikinci ən varlı insan kimi keçib.

Maskın sürətli artımının səbəbi elektrikli avtomobil şirkəti Teslanın son bir ildə səhmlərinin dəyərinin doqquz dəfə artmasıdır.

Mask hazırda şirkətin təxminən 20% -nə sahibdir və şirkət səhmlərindən böyük kompensasiya alır.


ETİKET :  

Daha Çox