-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Çernobıl” serialı tarixin ən populyar serialı seçilib - VİDEO

Serial ən yüksək tamaşaçı qiyməti qazanıb.

15:41:48 | 2019-06-01

1986-cı ilin aprel ayının 26-da "Çernobıl" Atom Elektrik Stansiyasında baş vermiş partlayışdan bəhs edən serial tarixin ən yaxşı serialı seçilib.
GancaPost xəbər verir ki, 5 seriyalı film ABŞ kanalı olan HBO-da çəkilib və “IMDb” versiyasına görə tarixin ən populyar serialı olub. Sistemdə tarixin bütün seriallarından daha yüksək bal, 9,6 bal alıb. “Çernobıl” serialından sonra ikinci yerdə “Yer planeti” (9,5 bal) və üçüncü yerdə - “Silah qardaşlığı” (9,4 bal) dayanıb.
Populyarlığa görə reytinq cədvəlində artıq kulta çevrilmiş “Taxt oyunları” serialı ancaq altıncı yerə çıxıb. Reytinq cədvəlinə ümumilikdə 250 film daxil olub.
Qeyd edək ki, “Çernobıl” serialı 1986-cı ildə Ukraynanın Çernobıl şəhərindəki Atom Elektrik Stansiyasının 4-cü reaktorunda baş vermiş partlayışdan bəhs edir. Filmdə baş rolları Stellan Skarsqard, Emily Uotson, Cared Harris, Cessi Bakli oynayıb. Filmin rejissoru isveç İohan Renkdir. Filmin çəkilişləri Litva və Ukraynada aparılıb.

Serial 2019-cu ilin 6 may günü geniş ictimaiyyətə təqdim olunub.

Çernobıl atom stansiyasında baş vermiş qəza tarixin ən böyük nüvə fəlakətlərindən biri sayılır. O vaxtkı sovet hakimiyyətinin AES-lə bağlı təcili addımlar atmaması ucbatından və fəlakəti xalqdan gizlətdiyinə görə milyonlarla insan həlak olub və bugün də şüalnama nəticəsində insanlar əziyyət çəkir.


ETİKET :  

Daha Çox