-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Cavad Xanın şəhadətindən 217 il ötür

Gəncə xanlığının sonuncu hökmdarı Cavad xan Şahverdi xan oğlu Ziyadoğlu-Qacarın şəhadətindən 217 il ötür.

12:45:23 | 2021-01-03

XVIII əsrin ortalarında Qafqazda işğalçılıq siyasətini yeridən Çar Rusiyası, Gəncə xanlığının göstərdiyi müqaviməti Cavad Xanın ölümünədək qıra bilməyib. General P.Sisianovun başçılıq etdiyi çoxsaylı qoşun yalnız 1804-cü il yanvarın 3-də Cavad Xan qətlə yetirildikdən sonra Gəncəni zəbt edə bilib. 1804-cü il yanvar ayının 3-ü həm də Gəncə xanlığının Çar Rusiyası tərəfindən işğal olunduğu gün kimi tarixə düşüb.

GancaPost.info xəbər verir ki, o vaxtdan bu günə kimi 217 ildir ki, Gəncəlilər qəhrəman sərkərdənin xatirəsini hər zaman böyük hörmət və ehtiramla yad edirlər.
Qeyd edək ki, 1786-cı ildən 1804-cü ilə qədər Gəncəni idarə edən Cavad Xan rus imperiyasının generalı Pavel Sisianovun başdan-ayağa silahlanan ordusunun mühasirəsində bir aydan artıq qalaraq Gəncəni işğalçılara təslim etməmək üçün qeyri-bərabər döyüşdə oğlanları Hüseynqulu Xan və Əliqulu Xanla birlikdə qəhrəmancasına həlak olub. Düşmən yalnız onların meyidi üstündən keçərək Gəncəyə daxil ola bilib.

Cavad Xanın qəhrəmanlığı Azərbaycan tarixinin ən şanlı səhifələrindən biri kimi əbədi anılmağa layiqdir!


ETİKET :  

Daha Çox