-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

"Cavad Xan" filminin rejissoru vəfat edib

Tanınmış rejissor və ssenarist Rövşən Almuradlı 65 yaşında vəfat edib.

15:19:55 | 2019-04-02

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

GencePost.com xəbər verir ki, tanınmış kinorejissor Rövşən Almuradlı bu gün səhər saatlarında qəfil dünyasını dəyişib.

Mərhumun oğlu Kamal Almuradlı bildirib ki, atası ürək çatışmazlığından əziyyət çəkirmiş: "Atam Sumqayıtda, Müşfiq qəsəbəsindəki qəbristanlıqda dəfn olunacaq".

Qeyd edək ki, Rövşən bəy 1954-cü il aprelin 19-da Bakı şəhərində anadan olub. Rövşən Almuradlı öz yaradıcılığında yüksək peşəkarlıqla yanaşı, milli ideyaların təbliğini əsas tutmuşdur. O, yalnız yaradıcılığı ilə deyil, düşüncələri, fəaliyyəti ilə millətə və dövlətə xidmətdə olmuşdur. Onun rejissoru olduğu “Cavad Xan” filmi qəhrəmanlıq tariximizin təbliği ilə yanaşı həm də milli qürur mənbəyimizə çevrilən sənət əsərinə çevrildi. Kinorejissor kimi son işi olan “Əsgərlər unudulanda ölürlər” filmi Azərbaycan xalqının öz istiqlalı uğrunda mübarizə əzmini, Azərbaycan əsgərinin qüdrətini özündə əks etdirirdi.
Rövşən Almuradlı siyasi fəaliyyətini Vətəndaş Həmrəyliyi Partiyası Siyasi Şuranın üzvü kimi davam etdirirdi.
Allah rəhmət eləsin!


ETİKET :  

Daha Çox