-- Adversting 9 --
-- Adversting 10 --

Bu tikintilər üçün icazə tələb olunmur - QANUN

Bu tikintilər üçün icazə tələb olunmur - QANUN

17:55:31 | 2021-05-13

Mülki Məcəllənin və Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə əsasən, bir qayda olaraq tikintiyə icazə alınmalı və səlahiyyətindən asılı olaraq müvafiq səlahiyyətli qurum tikintiyə icazə verməlidir.

Lakin Şəhərsalma və Tikinti Məcəlləsinin 79-cu maddəsi tikintisinə icazə tələb olunmayan tikinti obyektlərinin dairəsini nəzərdə tutur. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən mülkiyyətdə, icarədə və ya istifadədə olan torpaq sahəsində aşağıdakı tikinti obyektlərinin tikintisinə icazə tələb olunmur:

1. Hündürlüyü ən çoxu 5 metr, sahəsi 100 kvadratmetr olan bir mərtəbəli yardımçı tikililərin, kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq fəaliyyəti ilə bağlı obyektlərin;

2. Xüsusi mülkiyyətdə olan torpaq sahələrində həcmi ən çoxu 60 kubmetr və dərinliyi ən çoxu 5 metr olan quyuların, yeraltı su və çirkab su anbarlarının (rezervuarların), habelə həcmi ən çoxu 200 kubmetr olan hovuzların;

3. Hündürlüyü ən çoxu 2 metr 20 santimetr olan və qonşu torpaq sahəsi ilə sərhəddə və ya küçə boyunca hasarların (təbii və süni daşdan olan hasarlar da daxil olmaqla);

4. Hündürlüyü ən çoxu 8 metr olan enerji və ya işıqlandırma dirəklərinin, antena qüllələrinin və ya tutumu ən çoxu 10 kubmetr olan su çənləri qüllələrinin;

5. Kiçik memarlıq formalarının (köşklər, örtüklər və buna bənzər digər obyektlərin), açıq idman və ya oyun meydançalarının, açıq avtomobil dayanacaqlarının;

6. Tutumu 100 nəfərə qədər olan müvəqqəti tikililərin;

7. Fasadının mövcud qabaritləri dəyişdirilmədən təmir edilən tikinti obyektlərinin;

8. Təmir edilən yol və ya mühəndis-kommunikasiya təminatı xətlərinin;

8. Bu Məcəllənin tələblərinə əməl edilməklə, yaşayış evlərinin həyətyanı sahələrində hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 100 kvadratmetr olan yardımçı tikililərin;

9. Hündürlüyü ən çoxu 3 metr və sahəsi ən çoxu 300 kvadratmetr olan istixanaların və oranjereyaların (örtülü şitilliklər).

Yuxarıda sadalanan tikinti obyektləri üzrə işlər aparılması üçün hər hansı qurumdan icazə alınması tələb edilmir. Lakin yuxarıdakı siyahı istisna xarakteri daşıyır və bu siyahıdan kənarda tikililər üçün ya məlumatlandırma icraatı tətbiq edilir ya da müvafiq tikinti icazəsi alınmalıdır.

Benefisiar.org


ETİKET :  

Daha Çox