Bu il Gəncədə məktəbə getmək neçəyə başa gəlir?

Valideynlərin bir uşağı məktəbə yollamaq üçün ən az nə qədər xərc çəkməli olduğunu araşdırmaq məqsədilə Gəncədəki məktəb ləvazimatları mağazalarına üz tutduq.

GancaPost.info saytı xəbər verir ki, mağazalarda hər qiymətə məhsul olduğu müşahidə edilir. Satıcılar bir-birindən elə də fərqlənməyən iki məhsul arasındakı qiymət fərqini ləvazimatın hansı ölkədə istehsal olunması ilə izah edirdilər.

Məsələn, 15 manata da məktəbli çantası tapmaq olar, 50 manata da.

Məktəb ləvazimatlarının qiymətləri isə belədir:

Qələm - 0,30 - 1 AZN

Dəftər - 0, 30 - 0,80

Plastilin - 1.50 - 3 AZN

Qələm qabları - 2 - 7 AZN

Pozan - 0,30 - 1 AZN

Rəngli karandaşlar 2,50 - 4 AZN

Flomasterlər - 2, - 2,50 AZN

Məktəblilərin ehtiyacları bunlarla bitmir. Hələ karandaş yonan 0.50, rəngli kağızlar və s. də almaq lazımdır. (Siyahını uzatmaq da olar).

Valideynlər məktəbli geyimlərinin bahalılığından şikayət edirlər.

İki uşaq anası Nərgiz xanımın sözlərinə görə, o, hər övladına görə 200 manat pul xərcləməli olub:

"Bu qiymətə hələ iş dəftərlərini, kitabları daxil etməmişəm. Buna görə də qiymətlərdən razı deyiləm. Elə ailələr var ki, ümumi büdcəsi 500 manatdır, evində də 2-3 uşağı məktəbə gedir. Belə ailələr o uşaqları hər şeylə necə təmin etsinlər? Kasıbları da düşünmək lazımdır".

Alıcılar ucuz məhsul almağın da sərf etmədiyini bildirirlər:

"İmkan o qədər deyil ki, gedib bahalısını alaq, ucuzunu aldıqda isə ilin ortasında yenidən almaq məcburiyyətində oluruq. Ona görə də orta qiymətdə olanı almağa çalışırıq".

Bir uşaq anası Vəfa xanım isə qiymətlərin keçən ilə nisbətən bahalaşdığını deyir:

"Hər şeyin bahalısı da var, ucuzu da. Amma bu il qiymətlərdə az da olsa artış hiss olunur. Bir uşağa görə ən az 150 manat pul lazımdır".

Satıcılar isə satışlardan razı olduqlarını qeyd etdilər. Onlar imkanından asılı olmayaraq hamının məktəb alış-verişi etməyə məcbur olduğunu, buna görə də son günlərdə alıcıların sayının xeyli artdığını bildirdilər.

XƏBƏR LENTİ

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

"Kəpəz" Futbol Klubu yeni avtobus alıb

BÜTÜN XƏBƏRLƏR