-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Bu gün adamın heyfi gəlir ki, Gəncə futbolu bu vəziyyətdədir”

Vəli Qasımov: Gəncə futbolunun diqqətə ehtiyacı var

23:34:28 | 2019-05-23

Gəncə futbolu hər zaman öz ənənəsi, dəsti-xətti ilə seçilib. Ölkə futboluna bir sıra tanınmış simalar bəxş edən bu şəhərin layiqli yetirmələrindən biri də Vəli Qasımovdu. Bir neçə gün öncə Nizami yurduna təşrif buyuran əfsanəvi oyunçu Gəncə futbolu haqda ARB TV-yə fikirlərini bölüşüb. “Kəpəz”in adına yaraşmayan vəziyyətdə olduğunu bildirən Vəli Qasımov bu il 60 yaşı tamam olacaq klubu təbrik edərək Gəncə futbolunun daha çox diqqətə ehtiyac duyduğunu deyib.

Vəli Qasımov: “Birincisi təbrik eləmək istəyirəm. Düzdü hazırda Gəncə komandası istədiyimiz vəziyyətdə deyil. Amma Gəncə məktəbi həmişə güclü olub. Bu şəhərə daha da diqqət lazımdır. Hamıya məlumdur ki, meydançaların çoxu yaxşı vəziyyətdə deyil. Burada futbola maraq çoxdur. Bu şəhərdən hər zaman böyük futbolçular çıxıb. Məncə diqqət olsa daha yaxşı futbolçular yetişər.”

Gəncə futbolu üçün əlindən gələni etməyə hazır olduğunu söyləyən 51 yaşlı mütəxəssis, komandanın şəraiti yaxşılaşandan sonra yenidən öz əzəmətini geri qaytacağına inandığını bildirib.

Vəli Qasımov: “Mənim ürəyimin bir tərəfi Gəncədədir. Bu gün adamın heyfi gəlir ki, Gəncə bu vəziyyətdədir. İstəyərdim ki, bura gəlib nə kömək lazımdısa edim və Gəncə futbolunu yenidən dirçəldim. Gəncə futbolu həmişə yaxşı mənada fərqlənib. İndi həmin durumda olmasa da, mən inanıram ki, Gəncə komandasının bir az şəraiti olsa, gələcəkdə əvvəlki əzəmətinə qayıdar.”

Qeyd edək ki, gəncəli Vəli Qasımov vaxtilə bir sıra Avropa ölkələrində legioner həyatı yaşayıb. O,  Rusiya, İspaniya və Portuqaliyanın tanınmış klublarının şərəfini qoruyub.


ETİKET :  

Daha Çox