-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

BP-nin 2019-cu il üçün Azərbaycanla bağlı planları

BP şirkəti 2019-cu ildə Azərbaycanda neft-qaz yataqlarında 4 yeni buruğun qazılmasını planlaşdırıb.

18:19:18 | 2018-12-16

GencePost xəbər verir ki, bu barədə Trend-ə BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə regionu üzrə Əlaqələr, Xarici işlər və Strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli deyib.

O qeyd edib ki, 2 kəşfiyyat xarakterli buruq Abşeronun dayaz sularında (SWAP layihəsi), biri – "Şəfəq-Asiman" yatağında, digəri isə "Qobustan" onşor yatağında qazılacaq.

B.Aslanbəyli bildirib ki, növbəti illər üçün planlar göstərilən qazma işlərinin nəticəsindən asılı olacaq.

İstehsalat planlarına gəldikdə isə, mənbənin dediyinə görə, "Azəri-Çıraq-Günəşli" (AÇQ) və "Şahdəniz" kimi ölkənin ən böyük yataqlarından istehsalatı bu ilki səviyyəyə (AÇQ-də sutka ərzində ortalama istehsal 588 min barrel, "Şahdəniz"də isə - 48 milyon kubometr təşkil edib) uyğun saxlanılması nəzərdə tutulub.

Qeyd edək ki, BP Azerbaijan "AÇQ", "Şahdəniz", "Shallow Water Absheron Peninsula", "Şəfəq-Asiman" və "Qobustan" yataqlarının operatorudur.


ETİKET :  

Daha Çox