-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Bizdə də Parisdəki camaat olsa...

Bizdə əgər pulun, vəzifən varsa istəyirsən lap adamın belinə min sür, dəxli yoxdur, o yenə sənə səcdə eləyəcək.

03:34:19 | 2018-12-19

1912-ci ildə Paris səfərindən qayıdan Hacı Zeynalabdin Tağıyevın 'Bakı' qəzetinin müxbirinə belə bir əhvalat danışdığı nəql edilir:
- 'Paris küçələrində faytonla gedirdim, qabaqda mənə sağa burulmaq lazım idi. Faytonçu isə sola buruldu. Mən çətirin ucu ilə kürəyinə toxunub dedim: 'Sağa dön'. Sizcə, nə olsa yaxşıdır? Faytonçu qəzəblənmiş halda yerə atılıb qollarını ölçə-ölçə qışqırmağa başladı. 'Ona nə oldu?' - deyə mən mürtəcimdən soruşdum'. Mürtəcim dedi: 'Hacı, o, qəzəblənib deyir ki, nə cəsarətlə siz çətirlə onun kürəyinə toxunmusuz? Bununla onu təhqir etmisiniz'.

Mən oradakı camaata təəccüb qaldım və hər şeyi başa düşdüm… Bizdə əgər pulun, vəzifən varsa istəyirsən lap adamın belinə min sür, dəxli yoxdur, o yenə sənə səcdə edəcək. Bizdə də Parisdəki kimi camaat olandan sonra başqa həyat olacaq.


ETİKET :  

Daha Çox