-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Biz, Rusiyanın güclü olmasında maraqlıyıq” - Deputat

"Azərbaycan və Rusiya arasında olan münasibətlər qarşılıqlı maraqlara xidmət edir"

22:47:58 | 2019-10-06

GancaPost saytı xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyası Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı deyib.

Deputatın sözlərinə görə, Azərbaycan-Rusiya münasibətlərinin geniş hüquq-müqavilə bazası var. İki ölkə arasında münasibətlər bütün istiqamətlərdə - siyasi, ticarət-iqtisadi, hərbi-müdafiə, elmi-texniki, mədəni və humanitar sahələrdə inkişaf edir.

M.Qasımlı qeyd edib ki, bu gün Azərbaycan və Rusiya Azərbaycan Prezidenti İlham Əliyevin və Rusiya Prezidenti Vladimir Putinin birgə səyləri ilə mehriban qonşulara və strateji tərəfdaş ölkələrə çevriliblər:

“Rusiya bizim şimal qonşumuzdur. Biz Rusiyanın güclü olmasında maraqlıyıq. Rusiyada azərbaycanlı soydaşlarımız yaşayırlar. Azərbaycanda da rus icması var, ölkəmizdə onlar üçün hər cür şərait yaradılıb. Azərbaycan-Rusiya münasibətlərinin çox yaxşı perspektivləri var. Hələ istifadə edilməyən çoxlu potensial var. Azərbaycan-Rusiya münasibətlərinin bundan sonra da tərəflərə xeyir gətirəcək böyük inkişaf perspektivləri mövcuddur”.


ETİKET :  

Daha Çox