-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Biz Gəncədə ağac, ermənilər Qarabağda uşaq əkir...”

"Biz Gəncədə, Şəkidə ağac əkirik, ermənilər isə Qarabağda uşaq əkir..."

11:53:49 | 2019-12-08

2018-ci ildə Azərbaycanın işğal altındakı torpaqlarında 2204, 2019-cu ilin birinci yarısında isə 925 uşaq doğulub.
GancaPost saytı moderator.az-a istinadən xəbər verir ki, Xankəndindəki erməni saytlarının verdiyi məlumata görə, 2018-ci ildə doğulan erməni körpələrdən 1119-u oğlan, 1085-i isə qız, 2019-cu ilin birinci yarısında isə 467-i oğlan, 458-i qızdır. Yəni, bizim torpaqlarımızda öz ordumuza, dinc əhalimizə qarşı silah işlədəcək daha 1586 potensial düşmən əsgəri yetişir...
Məlumatlarda deyilir ki, qondarma separatçı-terrorçu rejim atasız-anasız uşaqların da mümkün qədər qayğısına qalır. Hazırda Xankəndidə və Laçında kimsəsiz erməni uşaqları üçün internat məktəbləri fəaliyyət göstərir. Xankəndindəki məktəbdə 25, Laçındakında isə 14 kimsəsiz erməni uşaq təhsil alır. (Fotodakı təsvir Laçındakı erməni internat məktəbinə aiddir...)
P.S. “Facebook”da tanınmış Qarabağ qazisi Azay Kərimovun yazdığı bir fikrin təbirincə desək, biz Gəncədə, Şəkidə ağac əkirik, ermənilər isə Qarabağda uşaq əkir... Bununla heç də ölkənin “yaşıl ciyərlərinin” güclənməsi üçün edilən yüz minlərlə ağac əkmə kampaniyasına kölgə salmaq niyyətində deyilik. Sadəcə, bir daha onu vurğulamaq istəyirik ki, bu saat ən vacib, ən ümdə məsələmiz mümkün qədər tez bir vaxtda torpaqlarımızı işğaldan azad edib, Qarabağda Azərbaycan, türk, müsəlman uşaqlarının doğulub, böyüyüb başa çatmasına nail olmaqdır...
İnşallah, Allah bir möcüzə eləsin, Xalqımız Şuşada, Xankəndidə, Laçında, Kəlbəcərdə, Qubadlıda, Ağdamda ağac əksin... Orada doğulacaq uşaqlarımız da onların kölgəsində oynasın...


ETİKET :  

Daha Çox