-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Bayden: Demokratiya qalib gəldi

Bayden: Demokratiya qalib gəldi!

01:35:56 | 2020-12-16

"Amerikanın ruhu uğrunda bu döyüşdə demokratiya qalib gəldi".

Bu sözləri Amerika Birləşmiş Ştatlarının (ABŞ) yeni seçilən prezidenti Co Bayden Delaver ştatının Vilminqton şəhərində etdiyi çıxışında qeyd edib.

Amerikalıları indi “birləşməyə və sağalmağa” çağırarkən Bayden ilk dəfə prezident Donald Tramp və tərəfdaşlarının nəticələri ləğv etmək cəhdlərini açıq şəkildə qınayıb və bunu “demokratiyamıza görünməmiş hücum” adlandırıb.

"Biz səs verdik, qurumlarımıza olan inam qorundu, seçkilərimizin şəffaflığı toxunulmaz olaraq qaldı".

Seçicilər Baydenə 306 səs verərək onun seçki üçün tələb olunan 270 həddini rahatca aşdığını açıqlayıb. Tramp isə 232 səs toplayıb.

Baydenin topladığı 306 səs sayı Trampın dörd il əvvəl Demokrat Partiyanın namizədi Hillari Klintonu məğlub edərkən qazandığı ilə eynidir.

"Həmin vaxt Prezident Tramp Seçici Kollegiyasının sayını inamlı adlandırmışdı" deyən Bayden "Öz standartlarına görə, bu rəqəmlər o zaman açıq bir qələbəni təmsil edirdi və indi bunu hörmətlə qəbul etmələrini təklif edirəm" sözlərini əlavə edib.

Co Bayden Vilminqton mərkəzindəki teatrda danışarkən “əvvəllər kimsə bilmirdisə, indi bilirik. Amerika xalqının qəlbində dərin kök salan budur: Demokratiya” deyib.


ETİKET :  

Daha Çox