-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Bayden Azərbaycana yardım göstərilməsinə icazə verib

ABŞ prezidenti Bayden Azərbaycana dövlət yardımının verilməsinə icazə verib.

13:33:41 | 2021-05-04

ABŞ Azərbaycana birbaşa yardımına icazə vermək üçün Azadlığa Dəstək Aktına 907-ci düzəlişə tətbiq edilən qadağanı uzadıb.

"Turan" yazır ki, mart ayında Entoni Blinken Vaşinqtonun "2021-ci il üçün xarici əməliyyatlar və proqramlar haqqında qanun" çərçivəsində Azərbaycan, Gürcüstan, Ermənistan, Moldova, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan üçün maliyyə vəsaiti ayırmasına imkan verən sənəd imzalayıb.

"Bu qərar çərçivəsində vəsait Birləşmiş Ştatların milli təhlükəsizlik maraqları naminə verilir", - deyə Blinken öz qərarına aydınlıq gətirib.


ETİKET :  

Daha Çox