-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Bayden: ABŞ-da demokratiya qalib gəldi

ABŞ-ın yeni prezidenti: “Demokratiya qalib gəldi”

02:00:56 | 2021-01-21

ABŞ-ın 46-cı prezidenti Cozef Bayden inauqurasiya mərasimində çıxışı zamanı demokratiyanın qalib gəldiyini bəyan edib.

Andiçmə mərasimində eks-prezidentlər Bill Klinton, Corc Buş və Barak Obama iştirak edib.

“Ağ Ev”in keçmiş sahibi Donald Tramp tədbirə qatılmayıb.

O, məğlubiyyətini etiraf etməyib. Beləliklə, hakimiyyəti yeni administrasiyaya vitse-prezident Mayk Pens ötürüb.

Amerika tarixində sonuncu dəfə 1869-cu ildə hakimiyyətdən gedən prezident andiçmə mərasiminə qatılmayıb.

Müğənni Ledi Qaqa andiçmə mərasimində ABŞ-ın himnini oxuyub.

Cozef Bayden çıxışında koronavirus infeksiyasından ölən 400 min amerikanlını yad edib.

O, ABŞ-da demokratiyanın qalib gəldiyini deyib.

“Bu gün Amerikanın, demokratiyanın günüdür. Bu gün namizədin deyil, hədəflərin zəfərini qeyd edirik. Məqsəd - demokratiyadır. Xalqın iradəsi dinlənildi. Yenidən demokratiyanın qiymətli, kövrək olduğunu anladıq. Və bu saat dostlar, demokratiya qalib gəldi”.

Daha sonra Kaliforniya ştatını təmsil etmiş sabiq senator Kamala Harris vitse-prezident kimi and içib. O, iki əsrdən çox müddətlik ABŞ tarixində ən yüksək vəzifə tutan qadındır. Harrisin etnik mənşəyi Afrika və Hindistandan qaynaqlanır.

Kamala Harris ABŞ tarixində vitse-prezident vəzifəsini icra edən ilk qadın oldu.


ETİKET :  

Daha Çox