-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Bakıda “şiddətə susma” aksiyası keçirilib

Bakıda "qadına şiddətə yox" aksiyası keçirilib.

22:15:23 | 2019-10-20

Oktyabrın 20-də Bakının mərkəzində, Natavanın heykəli önündə bir qrup qadın son günlər artan qadın cinayətlərinə etiraz olaraq “şiddətə son”, “ şiddətə dözmə” kimi şüarlarla aksiya keçiriblər.

Əllərində müxtəlif şüarlar yazılşmış plakatlar olan aksiya iştirakçıları qadınlara şiddətin əleyhinə olduqlarını bildiriblər.

İştirakçılar “Şiddətə susma, şiddətə dözmə!”, "Erkən nikahlara son" şüarlarını səsləndiriblər.

Polis aksiyanın qarşısını alıb. Aksiya yerinə gələn polislər iştirakçılarının əlində olan plakatları alıblar. Polislər aksiyanın qarşısının alınmasını onun şəhər rəhbərliyi ilə razılaşdırılmaması ilə izah ediblər.

Aksiyadan əvvəl yayılan bəyanatda qeyd edilir ki, onlar Azərbaycanda baş verən, son dövrlərdə daha da intensiv hal alan qadın qətllərinə, məişət zorakılıqlarına, psixoloji və fiziki zorakılıqlara etiraz edirlər.

“Biz təhsildən məhrum edilən, zorla evləndirilən, əməyi istismar olunan, intihara sürüklənən qadınların və gənc qızların haqları uğrunda hərəkətə keçirik.”, - deyə bəyanatda bildirilir.

Bəyanatda habelə yazılıb ki, qadınları ikinci dərəcəli varlıq olaraq görən, onların bərabərsizliyini və istismarını bəsləyən patriarxal dəyərlər hüquq-mühafizə sistemində, digər dövlət strukturlarında da hakimdir.

“Tələb edirik ki, İstanbul Konvensiyası kimi tanınan “Qadınlara qarşı zorakılıq və məişət zorakılığının qarşısının alınması və ona qarşı mübarizə haqqında Avropa Şurası Konvensiyası” imzalansın...”, bəyanatda yazılıb.


ETİKET :  

Daha Çox