-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Bakı və Gəncə kimi şəhərlərdə mer seçkiləri olmalıdır”

“Bakı və Gəncə kimi böyük şəhərlərdə mer seçkiləri keçirilməlidir”

22:08:42 | 2020-09-10

GancaPost.info xəbər verir ki, bu sözləri REAL Partiyasının icra katibi, iqtisadçı Natiq Cəfərli “Azadlıq Radiosu”na bildirib.

O deyib ki, partiyaları hələ hərəkat olduğu zaman, 2013-cü ildə hökumətə ölkənin iri iqtisadi regionlarda birləşdirilməsi, regional idarəetmə modelinin tətbiqi və yerli özünüidarəetmənin gücləndirilməsi kimi təkliflər verib.

O qeyd edir ki, digər təkliflər paketi isə kiçik və effektiv hökumət modeli ilə bağlı olub:

“Söhbət ondan gedir ki, Azərbaycanda kifayət qədər büdcəyə yük olan, idarəetmənin fəlsəfəsinə problemlər yaradan, təkrarçılığa yol verən strukturlar var”.

Amma N.Cəfərli hesab edir ki, indi sırf optimallaşdırmanın həyata keçirilməsi qanunvericilik baxımından həll olunmalıdır:

“Yəni, məsələ prezident fərmanları ilə yox, Konstitusiyaya, qanunlara salınmaqla həllini tapmalıdır. Konstitusiya islahatlarına ehtiyac var, regional idarəetmə prinsipləri tətbiq olunmalıdır. Yerli özünüidarəetmə gücləndirilməlidir. Bakı, Gəncə, Lənkəran, Şəki kimi böyük şəhərlərdə mer seçkiləri olmalıdır. Şəhər (rayon) icra başçılarının əvəzinə şəhər (rayon) bələdiyyə sədrləri birbaşa seçkilərdə seçilməlidir”.

İqtisadçıya görə, optimallaşma baxımından müəyyən addımlar atılsa da, burada da yarımçıqlıq var. Onun fikrincə, Gömrük Komitəsinin ayrıca qurum kimi qalmasına ehtiyac yoxdur, nazirliklərin sayı optimala yaxın olsa da, dövlət komitələrinin sayı çoxdur: “...Meliorasiya və Su Təsərrüfatı və "Azərsu" ASC-lər var, bunların paralel fəaliyyətlərinə ehtiyac yoxdur”.


ETİKET :  

Daha Çox