“AzerGold” Gəncədə zavod açmağı planlaşdırır

"AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin ikinci törəmə şirkəti, "AzerBlast" MMC təsis edilib.

GancaPost.info saytı "AzerGold"a istinadən verdiyi məlumata görə, sənaye əhəmiyyətli partlayıcı maddələrin istehsalı üzrə ixtisaslaşan şirkətin yaradılmasında məqsəd xüsusilə dağ-mədən və tikinti sənayesində istifadə edilən mülki partlayıcı maddələrə olan daxili tələbatın ödənilməsi və idxaldan asılılığın aradan qaldırılmasıdır.

Qeyd edək ki, dövlət-özəl sektor tərəfdaşlığı modeli əsasında təsis edilən şirkət 9 mart 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Törəmə cəmiyyətin ümumi səhmlərinin 51 faizi "AzerGold" QSC-yə, 49 faizi isə "DM Servis" MMC-yə məxsusdur. 2013-cü ildə təsis edilmiş "DM Servis" MMC mülki partlayıcı maddələr və innovativ partlayış sistemlərinin istehsalı sahəsində dünya liderlərindən olan "Orica-Nitro" şirkətinin Azərbaycan üzrə rəsmi tərəfdaşıdır.

Məlumata görə, sözügedən mülki partlayıcılar sənayedə müxtəlif partlatma əməliyyatlarında, tunellərin, magistral yolların, su bəndlərinin tikintisində, eləcə də mədənlərin istismarında geniş istifadə olunur. "AzerBlast" MMC tərəfindən istehsal ediləcək məhsulların dağ-mədən və tikinti sənayesinin artım templəri fonunda əsas bazar Azərbaycan olmaqla beynəlxalq bazarlara çıxarılması nəzərdə tutulur. Bu məqsədlə yaxın gələcəkdə Gəncə şəhərində qabaqcıl innovativ texnologiyaların tətbiqi ilə sənaye partlayıcılarının istehsalını həyata keçirəcək zavodun inşası planlaşdırılır. Zavodda istehsalat ekoloji norma və qaydalara uyğun təşkil ediləcək.

Sözügedən müəssisənin fəaliyyəti regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı çərçivəsində daimi iş yerlərinin açılmasına, dağ-mədən sənayesinin yan sahələrinin və qeyri-neft sektorunun inkişafı, o cümlədən ixracın şaxələndirilməsinə xidmət edəcək.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR