-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Gəncə stadionunun yenilənməsi qərara alındı”

Azad Rəhimov: Gəncə stadionunun yenilənməsi qərara alındı

01:13:59 | 2019-12-29

GancaPost saytı xəbər verir ki, Gənclər və İdman naziri Azad Rəhimov 2019-cu ilin yekunlarına həsr olunmuş mətbuat konfransı keçirib.

Nazir Gəncə şəhər stadionundakı vəziyyətlə bağlı da danışıb: “Bütün regionlardan gələn sifarişlər bizdə var. Məsələn, Qəbələnin Vəndam kəndində idman zalı yoxdur. Bizə gələn sifarişləri İqtisadiyyat Nazirliyinə göndəririk. Onlar da harada tikintinin aparılmasına qərar verirlər. Sumqayıt və Gəncə stadionlarında təmir işləri müvafiq İcra Hakimiyyətinə təqdim olunub. Gəncədə Olimpiya Mərkəzinin yanında 20 min nəfərlik stadionun tikintisi planlaşdırılırdı. Amma sonradan köhnəsinin yenilənməsi qərara alındı”- deyə nazir çıxışında qeyd edib.


ETİKET :  

Daha Çox