-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanın nə qədər borcu var?

Azərbaycanın xarici dövlət borcu 9 milyard dollara yaxınlaşır.

00:12:17 | 2019-08-24

İyulun 1-nə Azərbaycan Respublikasının xarici dövlət borcu 8 milyard 920 milyon ABŞ dolları (15 milyard 164,1 milyon manat), xarici dövlət borcunun Ümumi Daxili Məhsula (ÜDM) olan nisbəti 19 faizdir (2019-cu il üçün proqnozlaşdırılan 79 milyard 649 milyon manat ÜDM-ə nisbətdə).

GancaPost xəbər verir ki, Maliyyə Nazirliyindən verilən məlumata görə, borca hökumətin birbaşa və dövlət zəmanəti ilə cəlb edilmiş kreditlər üzrə şərti öhdəliklər daxil edilib.

Xarici dövlət borcu beynəlxalq maliyyə institutlarından infrastruktur layihələri və maliyyələşmə proqramları üçün cəlb edilmiş kreditlərdən, həmçinin, beynəlxalq maliyyə bazarlarında yerləşdirilmiş qiymətli kağızlardan ibarətdir.


ETİKET :  

Daha Çox