-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanın bu Universitetlərinin diplomu tanınmayacaq

Siyahıda Gəncədə yerləşən Universitet də var

23:41:29 | 2019-05-28

Türkiyənin Ali Təhsil qurumu Azərbaycanın üç Universitetini “tanınmayan” təhsil müəssisələri siyahısına daxil edib.

“GancaPost” xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov facebook hesabında məlumat verib. "Təəssüflər olsun ki, Türkiyə Yüksək Öyrətim Kurumu (YÖK) qərar qəbul edib və Azərbaycanın Bakı Mühəndislik Universiteti, Odlar Yurdu Universiteti və Gəncə Texnologiya Universiteti “tanınmayan” Universitetlər siyahısına salınıb.

Rəsmi sənəddə bu universitetlərin tanınmamasına səbəb kimi Türkiyədə FETÖ olayları yazılıb".

Ekspert bildirib ki, yeni qərarə əsasən, bu universitetin məzunları məzun olduğu ildən asılı olmayaraq, Türkiyədə magistratura və doktorantura təhsili ala bilməyəcək.

Bakı Mühəndislik Universitetinin, Odlar Yurdu Universitetinin və Gəncə Texnologiya Universitetinin diplomlarının Türkiyədə tanınmaması ilə bağlı informasiyalar hələlik dəqiqləşdirilməmiş xəbərdir.

Bunu mətbuata Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli deyib. O bildirib ki, bu barədə Türkiyə tərəfindən rəsmi məlumat daxil olmayıb:

“Hansısa universitetimizin diplomunun Türkiyədə tanınmaması ilə bağlı rəsmi məlumat yoxdur. Əgər belə bir şey olarsa, biz bunu araşdıracağıq. Ən azı biz hər bir Azərbaycan universitetinin, xüsusilə də dövlət universitetlərinin verdiyi təhsilə inanırıq. Əgər anlaşmazlıq olarsa, nazirlik bu problemi aradan qaldıracaq”.


ETİKET :  

Daha Çox