Azərbaycanda “sovet maşınları” bahalaşacaq - SƏBƏB

Azərbaycana avtomobil idxal edən ölkələr sırasında mühüm yerlərdən birini qonşu Rusiya tutur. Qiymətlərin uyğun olması və texniki təmirinin az xərc tələb etməsi əsasən gənclər arasında "sovet maşınları"na marağın azalmasına imkan vermir. Görəsən, bu nəhəng avtomobil istehsal və idxalçısında baş verən bahalaşmalar Azərbaycan maşın bazarına da təsir edə bilərmi?

GancaPost saytı xəbər verir ki, iqtisadçı-ekspert Pəviz Heydərov lent.az-a bildirib ki, bahalaşma yalnız Rusiya istehsalı olan avtomobillərə təsir edə bilər:

"Rusiyanın avtomobil bazarındakı bahalaşma Azərbaycanda bu ölkədən idxal olunan avtomobillərin bahalaşmasına təsir edə bilər. Amma Rusiyanın maşın bazarındakı qiymətlərin artması və ya enməsinin Azərbaycan bazarına təsiri mümkün deyil. Məlumdur ki, Azərbaycanda satılan avtomobillər arasında Rusiya istehsalı olanlar xüsusi yer tutur. Həmin avtomobillərə kifayət qədər tələbat var. Məhz bu tələbat onsuz da qonşu ölkə istehsalı olan avtomobillərin baha olmasını təmin edir. Təbii ki, Rusiyada maşın bazarındakı vəziyyət növbəti bahalaşma dalğası yarada bilər. Söhbət bilavasitə Rusiya istehsalı olan nəqliyyat vasitələrindən gedir. Əlavə bahalaşma gözləmirəm. Digər xarici markaların, başqa ölkələrdən idxal olunan avtonəqliyyat vasitələrinin qiymətlərində heç bir dəyişiklik baş verməyəcək".

Qeyd edək ki, Rusiya hökumət üzvlərinin təsdiqi əsasında 2020-ci ildən avtomobillərin utilizasiyası başlayacaq. Mütəxəssislərin fikrincə, proqramın həyata keçirilməsi ölkədə avtomobillərin bahalaşmasına səbəb olacaq. Ekspertlərin sözlərinə görə, ən kiçik qiymət artımı mühərriki 1.2 litr arası olan maşınlara təsir edəcək. 3.5 litr gücündə olan mühərriklərin isə daha çox bahalaşmaya məruz qalacağı gözlənilir.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR