-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda pensiyaçıların sayı niyə azdır? - Müqayisə

"Azərbaycanda pensiyaçıların sayı az, təqaüdün məbləği isə aşağıdır".

16:37:28 | 2019-05-19

MDB Statistika Komitəsinin məlumatına görə, Azərbaycanda hər 1000 nəfərə 130, Ermənistanda 154, Qazaxıstanda 157, Moldovada 200, Ukraynada 264, Belarusda 273, Rusiyada 296 pensiyaçı düşür.

GancaPost xəbər verir ki, bunu iqtisadçı-ekspert Qubad İbadoğlu deyib. O, bildirib ki, əhalisinin sayı Azərbaycanla eyni olan Belarus 2 milyon 594 min təqaüdçüyə və ya əhalinin 26 faizinə, Azərbaycan isə 1 milyon 299,5 min təqaüdçüyə (2018-ci ildə ölkədə təqaüdçülərin sayı 20.9 min nəfər azalıb) və ya əhalinin 13 faizinə pensiya verir.

“Amma buna baxmayaraq, Azərbaycanda əmək pensiyalarının orta məbləği Rusiyadan 2 dəfə, Qazaxıstan və Belarusdan isə 1,5 dəfə azdır. Sonra da deyirlər ki, dünyada ən inkişaf etmiş iqtisadiyyat, ən ədalətli sosial qayğı Azərbaycandadır”.


ETİKET :  

Daha Çox