-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Ən kiçik Quran kitabı Gəncədə saxlanılır

Müasir dövrdə kitablar yalnız bilik mənbəyi kimi deyil, həm də estetik görkəmi, maraqlı tərtibatı və çox kiçik həcmi ilə də oxucuda maraq oyada bilir.

01:54:27 | 2018-12-19

Bu baxımdan Miniatür Kitab Muzeyinin Gəncə filialında saxlanılan ‘Qurani-Kərim’ görənlərin marağına səbəb olur.

Muzeyin ekspozisiya zalında nümayiş etdirilən bu kitab özünün həcminə və çəkisinə görə Azərbaycanda mövcud olan ən kiçik Qurandır. Ölçüsü 2x3 santimetr nisbətində olan kitabın ümumi çəkisi 10 qramdır.

Muzeyin həm də ən qədim eksponatı sayılan miniatür kitab 1672-ci ildə Ərəbistanda tərtib edilib. Kitabın hər səhifəsinin ümumi həcmi 6 kvadratsantimetr olmasına baxmayaraq, Quranın 114 surəsini və 6 min 236 ayəsinin hamısını tam formada bu kitabın səhifələrində yerləşdirmək mümkün olub. Üzəri dəri ilə cildlənmiş kitabın içərisi qızıl suyu ilə yazılıb.

Gəncədəki Miniatür Kitab Muzeyində Azərbaycanda baş vermiş mühüm tarixi, siyasi, mədəni hadisələrə, eləcə də digər ölkələrin görkəmli siyasətçilərinə, ədəbiyyat, mədəniyyət, incəsənət və idman xadimlərinə həsr edilmiş, eləcə də dünya ədəbiyyatının nadir incilərini əks etdirən mini kitablar və rəngli illüstrasiyalı uşaq kitablarını da görmək mümkündür.


ETİKET :  

Daha Çox