-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda müxalifət partiya sədrləri hansı bölgədəndir?

Müxalifət partiyalarının liderləri sırasında daha çox hansı bölgəyə mənsublar çoxluq təşkil edir?

08:10:43 | 2020-07-08

Ölkədə cəmiyyət tərəfindən tanınan, müxalifət və müxalifətyönlü partiyaların sədrlərinin hansı bölgədən olduğunu araşdırdıq.

Partiya sədrlərinin siyahısı maraqlı mənzərə ortaya çıxardı.

  1. Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər - Bakıda doğulub, əslən Füzuli rayonundandır.
  2. AXCP sədri Əli Kərimli - Saatlıda anadan olub.
  3. KXCP sədri Mirmahmud Mirəlioğlu - Yardımlı rayonundandır.
  4. ADP sədri Sərdar Cəlaloğlu - Naxçıvan MR-nın Babək rayonundandır.
  5. GAP lideri Rəsul Quliyev - Naxçıvan MR-nın Culfa rayonundandır.
  6. ALP lideri Lalə Şövkət Hacıyeva - Bakıda doğulub, əslən Qubadandır.
  7. AMİP lideri Etibar Məmmədov - Bakıda doğulub, əslən Qərbi Azərbaycandandır.
  8. Ümid Partiyasının sədri İqbal Ağazadə - Füzuli rayonundandır.
  9. VHP sədri Sabir Rüstəmxanlı - Yardımlı rayonundandır.
  10.  Azad Demokratlar Partiyasının sədri Sülhəddin Əkbər - Naxçıvan MR-nın Şərur rayonundandır.
  11.  VİP sədri Əli Əliyev - Bakıda doğulub.
  12.  Liberal Demokrat Partiyasının sədri Fuad Əliyev - Bakıda doğulub.
  13.  Xalq Partiyasın sədri Pənah Hüseyn - Sabirabad rayonunun Qaraqaşlı kəndindəndir.
  14.  AĞ Partiyanın sədri Tural Abbaslı - Bakı şəhərində doğulub. Əslən Ağstafa rayonundandır.
  15.  Müsavat Partiyasının sədri Arif Hacılı – Zaqatalanın Yuxarı Tala kəndindəndir.
  16.  REAL sədri İlqar Məmmədov - Bakıda doğulub. Əslən Qərbi Azərbaycandandır.
  17.  Tərəqqi Partiyasının sədr əvəzi Vilayət Həsənov - Gəncədə doğulub. Əslən Gəncədəndir.
  18.  Haqq Ədalət Partiyasının sədri Əli İnsanov - əslən Qərbi Azərbaycandandır.
  19.  Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev - əslən Qərbi Azərbaycandandır.
  20.  Azərbaycan Kommunist Partiyasının sədri Rauf Qurbanov - Şəmkirin Seyfəli kəndindəndir.
  21.  Ədalət Partiyasının sədri İlyas İsmayılov - Tovuz rayonunda anadan olub.

Bu siyahını uzatmaq da olar. Amma yuxarıdakı siyahı da real vəziyyətə kifayət qədər işıq salır.


ETİKET :  

Daha Çox