Gəncədə koronavirusa yoluxmanın səbəbi açıqlandı - RƏSMİ

"Azərbaycanda yoluxma halları arasında faiz göstəriciləri Bakı üzrə 45.3, Gəncə-Qazax üzrə 14.1, Lənkəran üzrə 10 faiz təşkil edir".

GancaPost saytı xəbər verir ki, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Agentlik sədri qeyd edib ki, həmin ərazilər narıncı zona elan edilib və orada karantin qaydalarına ciddi riayət edilmir: "Yoluxanlar əsasən eyni ailənin üzvləri olub, bir-birilərinə yoluxdurublar. Bir nəfər bütün ailə üzvlərini yoluxdurmaqla statistikanın artmasına səbəb olur".

Agentlik sədri daha sonra qeyd edib ki, yoluxmanın artdığı şəhərlər siyahısında Gəncə şəhəri də var. Buna görə də Gəncə şəhəri narıncı zonaya daxil edilib. Bu o deməkdir ki, Gəncədə gündəlik aktiv yoluxma hallarının sayı yuxarıdır".

"Gəncəyə də başqa yerlərdən, xarici ölkələrdən giriş-çıxış kifayət qədər çoxdur. Gəncəyə ilk yoluxma idxalla gəlib və daha sonra daxildə yoluxma başlayıb".

"Ora İşçi qrupu ezam olundu və araşdırdı. Təəssüflər olsun ki, orda karantin rejiminə düzgün əməl olunmadığına görə yoluxma artmışdı".

Digər tərəfdən, tibb işçiləri arasında da koronavirusa yoluxma halı müşahidə olunur. Gəncədə belə hal müşahidə olunmuşdu".

Z.Əliyev vurğulayıb ki, yoluxanlar əsasən 50-59 yaş arası olanlardır. Qadınlar daha çox yoluxurlar.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR