-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda koronavirusa yoluxma bu şəhərlərdədir - RƏSMİ

Azərbaycanda “COVID-19” virusuna yoluxma halı ən çox paytaxt ərazisində müşahidə olunub: 47,4%.

22:18:37 | 2020-05-22

GancaPost saytı xəbər verir ki, bu barədə məlumatı TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Gəncə-Qazaxda 12,8%, Aran bölgəsində 10,8%, Lənkəranda 9,8%, Abşeronda 8,1%, Quba-Xaçmazda 1,4%, Şəki-Zaqatalada 0,7%, Dağlıq Şirvanda 0,8%, Yuxarı Qarabağda 1,1%, Naxçıvanda isə 0,1% yoluxma faktı müəyyən olunub.

Ölkə xaricindən gələn vətəndaşların isə 6,9%-də virusa yoluxma faktı qeydə alınıb.

Ramin Bayramlının sözlərinə görə, son həftələr ərzində yoluxma Gəncə şəhəri, Bakı şəhəri, Lənkəran rayonu, Yevlax rayonu, Sumqayıt şəhəri, Samux rayonu, Abşeron rayonu, Ağstafa və Göyçay rayonlarında daha çoxdur.

O bildirib ki, təkcə Yevlaxda 83 yoluxma qeydə alınıb.


ETİKET :  

Daha Çox