-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda deputatların sayı artırılsın! - TƏŞƏBBÜS

Azərbaycanda Milli Məclis deputatlarının sayının artırılması ilə bağlı təşəbbüs irəli sürülüb.

23:44:44 | 2019-06-07

GancaPost xəbər verir ki, bu təkliflə keşmiş deputat Alqış Musayev çıxış edib. YAP üzvü bildirib ki, son vaxtlar növbədənkənar parlament seçkilərindən danışılır. Amma o parlament seçkilərinin vaxtında- 2020-ci ildə keçirilməsinin daha real və məqsədəuyğun olduğunu düşünür:

“Ancaq parlamentin strukturu və deputatların say tərkibiylə bağlı məsələnin referenduma çıxarılması mümkündür. Əslində, buna ehtiyac da var. Yeni şəraitdə deputatların sayının artırılması hazırda bir zərurətə çevrlib.

Düşünürəm ki , Mlli Məclisin iki - yuxarı və aşağı palatadan formalaşması əksəriyyət tərəfindən müsbət qarşılanar.

Yuxarı palataya seçkilər 6 ildən, aşağı palataya seçkilər 3 ildən bir keçirilə bilər.

Fakt budur ki, bu gün normadan kənar siyasi enerji müşahidə olunur. Cəmiyyətin canındakı bu artıq enerji yalnız seçki yolu ilə tənzimlənməlidir”.(Yeni Sabah)


ETİKET :  

Daha Çox