-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycanda daha iki partiya qeydiyyata alındı

REAL və Milli Cəbhə Partiyası qeydiyyata alındı.

14:04:07 | 2020-09-01

GancaPost.info xəbər verir ki, Respublikaçı Alternativ Partiyası (REAL) və Milli Cəbhə Partiyasının müraciətləri əsasında təqdim olunmuş təsis sənədlərinin qanunvericiliyə uyğunluğu Ədliyyə Nazirliyində öyrənilərək siyasi partiyaların dövlət qeydiyyatına alınması barədə qərar qəbul edilib.

Bununla bağlı, Ədliyyə Nazirinin müavini Toğrul Musayev qeydiyyata alınmış partiyaların sədrləri İlqar Məmmədov (REAL) və deputat Razi Nurullayev (Milli Cəbhə Partiyası) arasında görüş keçirilib, onlara dövlət qeydiyyatı haqqında şəhadətnamələr təqdim edilib.

Xatırladaq ki, bununla da Azərbaycanda qeydə alınan partiyaların sayı 61-ə çatıb.


ETİKET :  

Daha Çox