Azərbaycana ən çox bu ölkələrin vətəndaşları səfər edib

2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana ən çox hansı ölkələrdən vətəndaşların gəldiyi məlum olub.

GancaPost.info saytı Trend-ə istinadən xəbər verir ki, qeyd olunan müddət ərzində Azərbaycana gələnlərin 33,3 faizi Rusiya Federasiyası, 28,8 faizi Türkiyə, 14,9 faizi İran, 10,4 faizi Gürcüstan, 2,4 faizi Ukrayna, 1,2 faizi Böyük Britaniya, 1,0 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla Qazaxıstan, Özbəkistan və Türkmənistan, 0,6 faizi İtaliya, 0,5 faizi Almaniya, 0,3 faizi ABŞ, 4,5 faizi digər ölkələrin vətəndaşları olub. Gələnlərin 94,7 faizini kişilər, 5,3 faizini qadınlar təşkil edib.

Ötən ilin eyni dövrü ilə müqayisədə cari ilin yanvar-fevral aylarında Gürcüstandan gələnlərin sayı 16,3 dəfə, Qazaxıstandan - 11,1 dəfə, Türkmənistandan - 10,0 dəfə, Özbəkistandan - 6,3 dəfə, Rusiya Federasiyasından - 5,1 dəfə, Ukraynadan - 4,5 dəfə, Böyük Britaniyadan - 4,4 dəfə, Belarusdan - 2,6 dəfə, İrandan - 2,5 dəfə, Türkiyədən - 2,3 dəfə azalıb.

Ümumilikdə 2021-ci ilin yanvar-fevral aylarında Azərbaycana dünyanın 123 ölkəsindən 72,1 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,9 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlmiş və baş tutmuş səfərlər əsas etibarilə qeyri-turizm məqsədilə həyata keçirilib.

XƏBƏR LENTİ

BMT: İnsanlar ərzaqların 17 faizini çölə atırlar

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

BÜTÜN XƏBƏRLƏR