-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycan və Türkiyə arasında pasporta ehtiyac olmayacaq?

Türkiyə Azərbaycana vətəndaşların qarşılıqlı səfərlərinin şəxsiyyət vəsiqəsi ilə həyata keçirilməsini təklif edib.

15:55:12 | 2020-08-11

GancaPost.info xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla birgə mətbuat konfransında Türkiyənin XİN rəhbəri Mövlud Çavuşoğlu deyib. Mətbuat konfransı Ceyhun Bayramovun Türkiyəyə səfəri çərçivəsində baş tutub.

O xatırladıb ki, iki dövlət arasında vizalar ləğv edilib və vətəndaşların qarşılıqlı səfərləri zamanı ölkədə qala bilmək müddətinin 30 gündən 90 günə qədər uzadılması müzakirə edilir.

“Amma bu kifayət deyil. Hesab edirik ki, Türkiyə və Azərbaycan vətəndaşları qarşılıqlı ziyarətlərdə pasporta ehtiyac duymamalıdırlar. Biz bu iş birliyini Gürcüstanla gerçəkləşdirdik, Ukrayna ilə də həyata keçirdik”, - Mövlud Çavuşoğlu deyib.


ETİKET :  

Daha Çox