-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Azərbaycan S-400 zenit-raket sistemləri ala bilər” - Hərbi ekspert

“Azərbaycan Rusiyadan S-400 zenit-raket sistemləri ala bilər” - Hərbi ekspert

13:26:57 | 2021-03-02

GancaPost.info xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko "Sputnik"də canlı yayım zamanı bildirib.

"Azərbaycanın bu və ya digər silah sistemləri almasına gəldikdə isə fikrimcə, Azərbaycan öz Hava Hücumundan Müdafiə Sistemlərinin möhkəmləndirilməsində maraqlı olacaq. Ona görə də bu məsələdə Rusiya istehsalı olan "S-400" və "S-300 v4" sistemlərinin ixrac variantının yaxşı şansları var. Azərbaycan PUA-ların alınması məsələsində Türkiyə və İsraillə əməkdaşlığa üstünlük verəcək", - deyə Korotçenko qeyd edib.

O, həmçinin vurğulayıb ki, Qarabağ müharibəsi zamanı "Bayraktar"lar özlərini yaxşı PR etdilər: "Aydındır ki, bu müharibənin nəticələri beynəlxalq silah bazarında "Bayraktar"a uğur qazanmaqda yardım edəcək. Hazırda Rusiya Qarabağda PUA-ların istifadəsi də daxil olmaqla, vəziyyəti diqqətlə analiz edir. Bildiyiniz kimi, Rusiyada PUA-ların bütün istiqamətləri üzrə iş aparılır. Strateji, zərbə PUA-sı olan "Oxotnik" (Ovçu) daxil olmaqla ağır PUA-lardan tutmuş, yüngül "Molniya" (İldırım) dronlarına qədər".


ETİKET :  

Daha Çox