-- Adversting 9 --
-- Adversting 10 --

Azərbaycan Rusiyadan pul köçürmələrində liderdir

Rusiyadan ən çox pul köçürülməsi Azərbaycana edilib.

03:15:23 | 2021-05-12

Azərbaycan 2021-ci ilin birinci rübündə Rusiyadan beynəlxalq pul köçürmələrinə görə birinci olub.

Rusiyanın TASS rəsmi xəbər agentliyi yazır ki, Azərbaycana adambaşına göndərilən minimum pul 11 min rubldan (150 dollar) çox olub.

"Russkiy Standart" bankının araşdırmasına görə ötən il bu sahədə birincilik Qazaxıstana məxsus idi.

Rusiyadan pul baratlarının göndərilməsi üzrə ikinci yerdə Belarusdur. Belarusların bu il vətənə göndərdikləri pul adambaşına minimum 10 min rubldan (135 dollar) çox olub.

Qazaxıstan bu il reytinq cədvəlində üçüncü olsa da, burada adambaşına göndərilən pulun məbləği Azərbaycan və Belarusa göndəriləndən iki dəfə çoxdur.

Qazaxıstanlılar 2021-ci ildə vətənə adambaşına orta hesabla 22, 5 min rubl (300 dollar) göndəriblər.

Rusiyadan pul köçürmələri üzrə ilk beşliyin daha iki üzvü İspaniya və Moldovadır.

Bu ölkələrə müvafiq olaraq adambaşına minimum 18,5 min rubl (250 dollar) və 14 min rubl (188 dollar) köçürülüb.

Polşa 14 min rublla 6-cı yerdədir.

"Russkiy Standart"ın tədqiqatına görə 2021-ci ilin birinci rübündə Rusiyadan adambaşına göndərilən minimum pul baratı 16,5 min rubl (222 dollar) olub.

Ötən il bu rəqəm 14,6 min rubl (196 dollar) idi.


ETİKET :  

Daha Çox