-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız getmək olur?

Azərbaycan pasportu ilə neçə ölkəyə vizasız getmək olur?

14:30:48 | 2021-01-08

2021-ci ilin yanvar ayında Henli Pasport İndeksi açıqlanıb. Bu indeks dünya ölkələrinin pasportlarını səyahət imkanlarına görə dəyərləndirir.

İndeksdə ötən il koronavirus pandemiyası ucbatından qoyulmuş səyahət qadağaları nəzərə alınmayıb.

Siyahıda Yaponiya yenə birinci yerdədir. Bu ölkənin pasportuyla 191 ölkəyə vizasız getmək, yaxud vizanı çatan kimi almaq mümkündür.

Azərbaycan siyahıda 76-cı yerdədir, pasportu 67 ölkəyə rahat səyahət etmək imkanı verir.

Ötən ilin oktyabrında açıqlanmış Pasport İndeksində isə Azərbaycan 199 ölkə və ərazi pasportu içində 61 balla 49-cu yerdə idi. Bu indeks də dünyanın ən güclü pasportlarını müəyyənləşdirir.

Henli Pasport İndeksində Rusiya 50-ci (116), Gürcüstan 51 (115), Ermənistan 80-ci (63) yerləri tutub.

Dünyanın ən yaxşı pasportları siyahısında ilk beşlikdə Yaponiyadan sonra Sinqapur (190), Cənubi Koreya və Almaniya (189), İtaliya, Finlandiya, İspaniya və Luksemburq (188), Danimarka və Avstriya (187) yer alır.

ABŞ pasportu siyahıda 7-ci yerdə qərarlaşıb, 185 ölkəyə vizasız səyahət imkanı verir.

Ən pis pasportlara gəlincə, Əfqanıstan 110-cu (26 ölkə), İraq 109 (28), Suriya 108 (29), Somali, Yəmən 106-cı (33) yerdədirlər.


ETİKET :  

Daha Çox