-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycan neftini kim alır? - SİYAHI

Avropa ölkələri Azərbaycan neftinin ən iri alıcıları olaraq qalırlar.

10:05:02 | 2020-04-08

Neft sektoru Azərbaycanın dövlət büdcəsinin gəlirlərinin və ticarət balansının müsbət saldosunun formalaşmasında aparıcı rol oynayır. 2019-cu ilin yekunları üzrə Azərbaycanın bütün ixracının 75,45%-i neft ixracının payına düşüb.

Dövlət Gömrük Komitəsinin məlumatına əsasən, 2019-cu il ərzində Azərbaycandan $14 mlrd. 814 mln. 132,71 min məbləğində bəyan edilmiş neft ixracı 30 mln. 837,085 min ton təşkil edib. 2018-ci ilin analoji dövrü ilə müqayisədə bəyan edilmiş ixracın həcmi 4,5% artıb. Dəyər ifadəsində azalma 5,8% təşkil edib, bu da 2019-cu ildə dünya bazarlarında neftin qiymətinin 2018-ci illə müqayisədə aşağı olması ilə əlaqədardır.

GancaPost saytı xəbər verir ki, “İnterfaks-Azərbaycan” agentliyi 2019-cu ilin 9 ayı ərzində coğrafi strukturu, tədarük həcmi və xaricdə neft satışından gəlirlər daxil olmaqla, Azərbaycan neftinin ixracı üzrə yeni icmal hazırlayıb. Çünki nəinki ökənin ümumi neft ixracının həcmi və əldə olunan gəlir, həm də Azərbaycandan neft alıcılar olan ölkələr maraq kəsb edir.

Rəsmi mənbələrdən əldə olunan 2019-cu ilin məlumatının təhlili göstərir ki, Azərbaycanın “qara qızılı” əsasən Avropa və Asiya ölkələrə ixrac olunub. Azərbaycan neftinin alıcıları siyahısında aşağıdakı ölkələr yer alır: Rusiya (çox az həcmdə - İF), Ukrayna, Almaniya, Avstraliya, Böyük Britaniya, Çexiya, Vyetnam, Yaponiya, Yunanıstan, Rumıniya, Avstriya, Bolqarıstan, Xorvatiya, Niderland, Tayland, Tayvan, Türkiyə, İtaliya, İspaniya, Fransa, Kanada, Hindistan, Çin, İsrail, Portuqaliya.

Eyni zamanda, 2019-cu ildə Azərbaycandan neft idxalının həcmi üzrə 2018-ci illə müqayisədə $5,8 milyard dəyərində neft alanİtaliya qalır. Ümumilikdə, bir il əvvəl olduğu kimi, Avropa ölkələri Azərbaycan neftinin ən iri alıcıları olaraq qalırlar. Buna baxmayaraq, Asiya ölkələri Azərbaycan neft alışının həcmlərini artırırlar. Ötən il əsas alıcıların TOP-10-na Hindistan (üçüncü yer) və Çin (altıncı yerdə qərarlaşıb) daxil olub. Həmçinin, ötən il Çin Azərbaycandan neft alışını 10 dəfə artırıb!

Bundan əlavə, Türkiyə, İspaniya, Böyük Britaniya, Xorvatiya Azərbaycandan neft idxalını mühüm dərəcədə artırıb.

Həmçinin, Kanada və Tayvan, Portuqaliya Azərbaycan neftinin alışını dəfələrlə azaldıb. Ukraynaya neft nəqlində də bir qədər azalma qeydə alınıb.

2019-cu ildə ABŞ və İndoneziya Azərbaycan neftinin idxalçıları sırasından çıxıb. Artıq 2020-ci ildə bir neçə il fasilədən sonra Belarus Azərbaycan neftinin alıcıları siyahısına daxil oldu. Yeri gəlmişkən, Belarus Azərbaycandan qara qızılın uzunmüddətli nəqlinə ümid edir. Artıq Azərbaycandan 1 milyon ton neft almağa hazır olduğunu bəyan edib.

Azərbaycan neftinin əsas idxalçılarının siyahısı aşağıda verilmişdir:

2019-cu ildə ölkələr üzrə neft ixracı 

2019-cu il

2018-ci illə müqayisədə

Ölkə

Həcm (ton)

Dəyər (min)

Miqdar
ifadəsində

Dəyər ifadəsində

İtaliya

11 470 595,61

$5536 752,34

+7%

-5,1%

İsrail

2 777 971,69

$ 1 328 417,04

+8,85%

+1,6%

Hindistan

1 934 861,98

$952 928,99

+29,2%

+16,5%

Almaniya

1 919 973,96

$905 730,41

+36,3%

+19,6%

İspaniya

1 489 891,29

$701 714,48

+ 1,9 dəfə

+77,9%

Çin

1 414 187,91

$714 127,51

+ 10,3 dəfə

+ 9,5 dəfə

         
Çexiya

1 336 960,54

$645 970,38

- 24,5%

-31,1%

Fransa

1 078 087,05

$528 008,32

+ 33%

+21,7%

Türkiyə

970 054,12

$417 087,03

+ 1,98dəfə

+83,2%

Böyük Britaniya

906 807,84

$435 717,04

+ 1,99 dəfə

+80,1%

Xorvatiya

889 401,71

$436 046,12

+ 96,1%

+77,4%

Portuqaliya

746 181,16

$353 196,51

-23,2%

-33,1%

Tayland

735 684,08

$359 330,56

+3,1 dəfə

+2,5 dəfə

Ukrayna

585357,73

$279716,24

-1,1%

-9,9%

Tayvan

565 188,97

$262 099,97

-57,9%

-63,3%

Kanada

269 355,97

$136 652,24

-4,2 dəfə

-4,4 dəfə


ETİKET :  

Daha Çox