-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycan Keşikçidağ kompleksində "iki kazarma tikir"

Azərbaycan tərəfi Keşikçi Dağ adı ilə tanınan məbəd kompleksi ərazisində "iki kazarma tikir".

23:51:26 | 2019-09-09

Bu barədə Gürcüstan mediası yerli din xadimlərinə istinadən xəbər verib.

İddialara görə, Azərbaycan tərəfi ərazidəki sərhədçilərin sayını artırıb və tikilən baraklara 18 km məsafədən elektrik xətti çəkib.

Azərbaycan Xarici İşlər Nazirliyi kazarmaların tikilməsi barədə iddiaları şərh etməyib, Gürcüstan XİN-dən şərh almaq isə hələlik mümkün olmayıb.

Lakin Azərbaycan XİN sözçüsü Leyla Abdullayeva BBC News Azərbaycancaya bildirib ki, "Azərbaycan Gürcüstanla sərhədlərin delmitasiyası komissiyalarının tezliklə işləri yekunlaşdırmasının tərəfdarıdır".

Leyla Abdullayeva deyib ki, sərhədin delimitasiya və demarkasiyası üzrə komissiyanın son görüşü avqust ayında baş tutub və tərəflər əraziyə baş çəkiblər.

Agenda.ge saytının yazdığına görə, Azərbaycan tərəfi "iki böyük" kazarma tikir və tikinti bitəndə ərazidəki sərhədçilərin sayı dəfələrlə artacaq.

Məlumata görə, Gürcüstan XİN-i və kilsə, əhalini və din adamlarını Gürcüstan və Azərbaycan arasındakı danışıqlara zərər verə biləcək bəyanatlar verməkdən çəkinməyə çağırıb.


ETİKET :  

Daha Çox