-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycan gender bərabərliyinə görə 100-cü yerdədir

"Qadınların daha bir nəsli gender bərabərliyini görməyəcək"

23:59:06 | 2021-03-31

Dünya İqtisadi Forumu martın 31-də “Qlobal Gender Bərabərsizliyi 2021” hesabatını açıqlayıb.

Qlobal Gender Bərabərsizliyi İndeksi dörd göstərici əsasında dəyərləndirilir: iqtisadi iştiraklılıq və fürsət; təhsil səviyyəsi; sağlamlıq; siyasi səlahiyyət.

Artıq 12-ci dəfədir İslandiya dünyada gender bərabərliyinə görə birinci yeri tutur. Daha sonra Finlandiya, Norveç, Yeni Zelandiya, İsveç, Namibiya, Ruanda, Litva, İrlandiya və İsveçrə gəlir.

Azərbaycan və qonşuları

Azərbaycan sıralamada 100-cü yerdə qərarlaşıb. Ermənistan 114, Gürcüstan 49, Rusiya 81, İran 150-ci yerdədir.

Hesabatda deyilir ki, Azərbaycan daxil olmaqla doqquz ölkədə bircə nəfər belə qadın nazir yoxdur. Digər ölkələr Ermənistan, Bruney, Papua-Yeni Qvineya, Səudiyyə Ərəbistanı, Tailand, Vyetnam və Yəməndir.

Hesabatın əhatələdiyi ölkələrin hamısında sağlamlıq üzrə gender bərabərsizliyini azı 93 faiz qapandığı, 56 ölkənin bu sahədə tam bərabərliyə nail olduğu vurğulanır.

Amma Çin, Hindistan, Pakistan və Azərbaycan kimi ölkələrin göstəricisi 94 faizdən azdır. Əsas səbəb doğum zamanı cinslər nisbətinin pozulması ilə əlaqələndirilir.

Məsələn, Çində yeni doğulan hər kişiyə 0.88, Azərbaycanda və Vyetnamda 89, Ermənistanda 90, Hindistanda 91 faiz qadın düşür. Səbəb oğlan uşağına üstünlük verilməsi, selektiv abortlardır.

Təbii və bioloji daimi nisbət isə 94 faiz civarında olmalıdır.

Qeyd edək ki, indeks 156 ölkəni əhatə edir. Bu ildən indeksə salınan Əfqanıstan sonuncu - 156-cı yerdə qərarlaşıb.


ETİKET :  

Daha Çox