-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Azərbaycan-Amerika münasibətlərinin yaranmasının 100 illiyi

May aynın 28-i yalnız Azərbaycan Cümhuriyyətinin yarandığı gün deyil, həm də Azərbaycan - Amerika münasibətlərinin başlanğıcının qoyulduğu tarixi gündür.

00:05:27 | 2019-05-28

2019-cu ilin may ayının 28-də həmin tarixi hadisənin 100 illiyi tamam olur. Bu əlaqələrin bünövrəsi 1919-cu ilin may ayının 28-də Amerika prezidenti Vudro Vilsonun Parisdə Azərbaycan sülh heyətinin başçısı Əlimərdən bəy Topçibaşını qəbul etməsi ilə qoyuldu.

Məlum olduğu kimi, 1918-ci ilin pa­yı­zın­da al­man-türk blo­ku dün­ya mü­ha­ri­bə­sin­də məğ­lub ol­du. Oktyab­rın 30-da Tür­ki­yə Mud­ros ba­rı­şı­ğı­nın ağır şərt­lə­ri­nə im­za at­ma­lı ol­du. Mud­ros ba­rı­şı­ğı­nın on bi­rin­ci mad­də­si­nə gö­rə, Tür­ki­yə or­du­su tez­lik­lə Azər­bay­ca­nı və bütün Güney Qafqazı tərk et­mə­li idi. Mudrosun şərtlərinə dayanaraq Osman­lı ordularının bir həf­tə­dən gec ol­ma­ya­raq Ba­kı­dan, bir ay­dan gec ol­ma­ya­raq bü­tün Azər­bay­can­dan çıx­maq ba­rə­də Müttəfiqlər ul­ti­ma­tum vermiş­di­lər. Buna uyğun olaraq 1918-ci ilin noyabr ayının 10-da türk qoşunları Bakını tərk etdi. Elə hə­min gün Baş nazir Fətəli xan Xoyski və xa­ri­ci iş­lər na­zi­ri və­zi­fə­si­ni ic­ra edən Adil­ xan Zi­yad­xa­nov dün­ya mü­ha­ri­bə­si­nin son mər­hə­lə­sin­də həl­le­di­ci döv­lə­tə çev­ril­miş ABŞ-ın pre­zi­den­ti, mü­ha­ri­bə­dən son­ra­kı ye­ni­dən­qur­ma­nın memarı he­sab edi­lən məşhur "14 sülh prinsiplərinin" müəllifi Vud­ro Vil­so­na te­leq­raf­la mü­ra­ci­ət et­di­lər. Te­leq­raf­da Azər­bay­can Res­pub­li­ka­sı­nın müs­tə­qil­li­yi­nin dün­ya döv­lət­lə­ri tə­rə­fin­dən ta­nın­ma­sı­na pre­zi­dent Vudro Vil­so­nun kö­mək et­mə­si xa­hiş edi­lir­di. Ora­da de­yi­lir­di: "Avro­pa­nın bö­yük döv­lət­lə­ri­nə mü­ra­ci­ət et­məz­dən əv­vəl Azər­bay­can xal­qı və hö­ku­mə­ti əzi­lən ki­çik xalq­la­rın mü­da­fi­ə­çi­si ki­mi Si­zin hu­ma­nist şəx­siy­yə­ti­ni­zə mü­ra­ci­ət edib yar­dım al­ma­ğa və ta­nın­ma­ğa ümid bəs­lə­yir". Çünki Birinci Dünya müharibəsinin sonlarında Vilsonun 14 sülh prinsipləri bütün dünyada geniş yayılmış, kiçik xalqlar tərəfindən rəğbətlə qarşılanmışdı.

1918-ci ilin dekabrında ye­ni tə­sis edil­miş Azər­bay­can Par­la­men­ti özü­nün ilk ic­las­la­rın­da dün­ya xalq­la­rı­na və par­la­ment­lə­ri­nə, ha­be­lə mü­ha­ri­bə­dən son­ra­kı dün­ya dü­zə­ni­nin baş me­ma­rı he­sab edi­lən ABŞ pre­zi­den­ti Vudro Vil­so­na mü­ra­ci­ət qə­bul et­di. Mü­ra­ci­ət­də par­la­ment­li res­pub­li­ka ki­mi, Azər­bay­ca­nın is­tiq­la­liy­yə­ti­nin ta­nın­ma­sı xa­hiş edi­lir­di. De­kabr ayı­nın 26-da ke­çi­ri­lən par­la­ment ic­la­sın­da hö­ku­mət proq­ra­mı ilə çı­xış edən Fətəli xan Xoys­ki xa­ri­ci si­ya­sət mə­sə­lə­lə­ri­nə, ümum­dün­ya Sülh konf­ran­sı­na ha­zır­lı­ğın ge­di­şi və xa­ri­ci iş­lər na­zir­li­yi­nin fə­a­liy­yət is­ti­qa­mət­lə­ri­nə ge­niş yer ver­di. O qeyd et­di ki, beşil­lik dün­ya mü­ha­ri­bə­sin­dən son­ra çağ­rı­lan Sülh konf­ran­sın­da bi­zim baş­lı­ca mə­sə­lə­miz is­tiq­la­liy­yə­ti­mi­zin təs­di­qi mə­sə­lə­si ola­caq­dır. Fə­tə­li xan de­di: "İstiq­la­lı­mız Sülh konf­ran­sın­da qə­bul olu­nub ta­nı­na­caq­dır. Biz ümid­va­rıq ki, Sülh konf­ran­sın­da Ame­ri­ka­nın bü­tün ca­ha­na elan et­di­yi dek­la­ra­si­ya ilə de­mok­ra­tik İngil­tə­rə və Fran­sa cüm­hu­riy­yət­lə­ri tə­rə­fin­dən öz is­tiq­la­lı­na cəhd edən bir mil­lə­tin hü­qu­qu tap­da­lan­ma­ya­caq­dır. Bu cür hö­ku­mət nü­ma­yən­də­lə­rin­dən iba­rət ca­han məh­kə­mə­si olan Sülh konf­ran­sın­da bi­zim sö­zü­müz eşi­di­lə­cək­dir."

Paris Sülh Konfransına yollanmış Azər­bay­can nü­ma­yən­də he­yə­ti 1919-cu ilin may ayı­nın 28-də pre­zi­dent Vudro Vil­son tə­rə­fin­dən qə­bul edil­di. Bu­nun­la bağ­lı Əlimərdan bəy Topçibaşi ya­zır­dı: "Bi­zim nü­ma­yən­də he­yə­ti­nin pre­zi­dent Vud­ro Vil­son tə­rə­fin­dən qə­bu­lu­nu çox bö­yük ha­di­sə he­sab et­mək la­zım­dır, çün­ki baş­qa Antan­ta döv­lət­lə­ri­nin baş­çı­la­rı ki­mi, o, da nü­ma­yən­də he­yət­lə­ri­ni qə­bul et­mir". Əlimərdan bəy Topçubaşi 100 il bundan əvvəl Birləşmiş Ştatların prezidenti Vudro Vilson tərəfindən qəbul edilmiş ilk Azərbaycan dövlət xadimi və Amerika prezidenti ilə görüşmüş ilk azə­r­bay­canlı idi.

Gö­rüş za­ma­nı Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin baş­çı­sı Top­çu­ba­şi ABŞ Prezidenti Vil­so­na mü­ra­ci­ət edə­rək dedi ki, xalq­la­rın dinc ya­na­şı ya­şa­ma­sı, bü­tün mil­lət­lə­rin, o cüm­lə­dən ki­çik xalqların öz ta­le­yi­ni həll et­mə­si haq­qın­da ali prin­sip­lə­rin mü­əl­li­fi olan bö­yük Ame­ri­ka­nın pre­zi­den­ti Vil­so­nu Azər­bay­can nü­ma­yən­də he­yə­ti adın­dan gör­mə­yi və sa­lam­la­ma­ğı özü üçün xoş­bəxt­lik he­sab edir. Biz uzaq Qaf­qaz­dan, bu­ra­dan bir ne­çə min mil uzaq olan Azər­bay­can­dan gə­lə­rək xal­qı­mı­zın azad və müs­tə­qil hə­ya­tı üçün Si­zə min­nət­dar­lı­ğı­mı­zı bil­di­ri­rik. Qüd­rət­li Ame­ri­ka­nın nü­ma­yən­də­si ki­mi Si­zə mü­ra­ci­ət edib xa­hiş edi­rik ki, cə­nab pre­zi­dent, bi­zim öl­kə­miz, bi­zim xal­qı­mız və elə bi­zim özü­müz haq­qın­da mə­lu­mat­la­rı biz­dən eşi­də­si­niz. Çün­ki biz Avro­pa və Ame­ri­ka mət­bu­a­tın­da tez-tez Azər­bay­can haq­qın­da səhv, sax­ta­laş­dı­rıl­mış və hə­qi­qə­tə uy­ğun ol­ma­yan mə­lu­mat­la­rın ve­ril­diyini eşit­mə­li olu­ruq. Düz­dür, bi­zi hə­lə yax­şı ta­nı­mır­lar, biz in­di bi­rin­ci də­fə­dir ki, Avro­pa­da­yıq, la­kin Si­zi əmin edi­rik ki, müs­tə­qil ya­şa­maq üçün biz­də hər şey var­dır. Biz ümid edi­rik ki, konf­rans bi­zi din­lə­yə­cək və biz Mil­lət­lər Cə­miy­yə­ti­nə bu­ra­xı­la­ca­ğıq. Biz əmi­nik ki, bü­tün xalq­lar ki­mi, biz də Si­zin bö­yük prin­sip­lə­ri­niz əsa­sın­da yar­dım ala­ca­ğıq... Biz bil­di­ri­rik ki, nə Kol­ça­kın, nə De­ni­ki­nin, nə də köh­nə Ru­si­ya im­pe­ri­ya­sı­nın hü­dud­la­rın­da ha­ki­miy­yə­ti bər­pa et­mək niy­yə­tin­də olan qey­ri bi­ri­si­ni ta­nı­ya­ca­ğıq. Biz Azər­bay­can üçün yal­nız öz par­la­men­ti­mi­zi və öz hö­ku­mə­ti­mi­zi ta­nı­yı­rıq və ta­nı­ya­ca­ğıq". Top­çu­ba­şi Azər­bay­can Res­pub­li­ka­sı nü­ma­yən­də­lə­ri­nin me­mo­ran­du­munu Amerika prezidenti­nə təq­dim etdi.

Pre­zi­dent Vil­so­na təq­dim edi­lən me­mo­ran­dum qı­sa ta­ri­xi-si­ya­si səp­gi­də ha­zır­lan­mış­dı. Ora­da Qaf­qaz­da və Azər­bay­can­da cə­rə­yan edən ha­di­sə­lər təs­vir edil­ir, Versal Sülh Konfransı­nın rəh­bər­lə­rin­dən bi­ri ki­mi Amerika Prezidenti Vil­so­na Azər­bay­can nü­ma­yən­də­lə­ri­nin tə­ləb­lə­ri ve­ri­lir­di. Me­mo­ran­dum­da Mər­kə­zi Ru­si­ya­da bol­şe­vik in­qi­la­bın­dan son­ra 1918-ci ilin may ayı­nın 28-də Azərbaycan Mil­li Şu­rası­nın Azər­bay­can xal­qı­nın ira­də­si­ni ifa­də edə­rək müs­tə­qil res­pub­li­ka ya­rat­dı­ğı qeyd edi­lirdi. ­Sə­nəd­də Azər­bay­ca­nın coğ­ra­fi və et­noq­ra­fik ba­xım­dan Ru­si­ya ilə əla­qə­si ol­ma­dı­ğı gös­tə­ri­lir­di: "Bi­zim öl­kə­nin coğ­ra­fi və­ziy­yə­ti­nə diq­qət ye­ti­ril­sə, onun Ru­si­ya­dan ay­rı qru­pa aid ol­du­ğu­nu asan­lıq­la gör­mək olar. Qaf­qaz sı­ra dağ­la­rı onu Ru­si­ya­dan ayı­rır, et­noq­ra­fik ba­xım­dan da be­lə­dir, bi­zim xal­qın Ru­si­ya­nın slav­yan xalq­la­rı ilə heç bir ümu­mi cə­hə­ti yox­dur". Me­mo­ran­du­mun axı­rın­da gös­tə­ri­lir­di ki, Azər­bay­can xal­qı qə­ti şə­kil­də bu ümid­də­dir ki, bü­tün dün­ya­da sül­hün və təh­lü­kə­siz­li­yin car­çı­sı kimi, bü­tün bey­nəl­xalq mü­na­qi­şə­lə­rin va­si­tə­çi­si kimi si­zin hi­ma­yə­dar­lı­ğı­nız sa­yə­sin­də onun mil­li eh­ti­yac­la­rı ödə­ni­lə­cək­dir. Gö­rüş za­ma­nı Azər­bay­can nü­ma­yən­də he­yə­ti­nin tə­ləb­lə­ri Vil­so­na ve­ril­di. Altı bənd­dən iba­rət olan bu tə­ləb­lər­də pre­zi­dent­dən xa­hiş edi­lir­di:

1. Azər­bay­ca­nın müs­tə­qil­li­yi ta­nın­sın;

2. Vil­so­n prin­sip­lə­ri Azər­bay­ca­na da şa­mil edil­sin;

3. Azər­bay­can nü­ma­yən­də­lə­ri sülh konf­ran­sı­na bu­ra­xıl­sın;

4. Azər­bay­can Mil­lət­lər Cə­miy­yə­ti­nin üzv­lü­yü­nə qə­bul edil­sin;

5. ABŞ-ın hər­bi de­par­ta­ment­li­yi Azər­bay­ca­na hər­bi yar­dım gös­tər­sin;

6. ABŞ-la Azər­bay­can Res­pub­li­ka­sı ara­sın­da dip­lo­ma­tik mü­na­si­bət­lər ya­ra­dıl­sın.

Da­nı­şıq­lar za­ma­nı ABŞ tə­rə­fin­dən bu tə­ləb­lə­rin qə­bul edi­lə­cə­yi təq­dir­də Top­çu­ba­şi Azər­bay­ca­nın keç­miş­də tər­ki­bin­də ol­du­ğu çar Ru­si­ya­sı­nın borc­la­rın­dan öz pa­yı­na dü­şə­ni təd­ri­cən ödə­yə­cə­yi­nə tə­mi­nat ve­rir­di.

Söh­bət za­ma­nı Vil­son Azər­bay­can nü­ma­yən­də­lə­ri­ni gör­mə­yə və Azər­bay­can haq­qın­da xey­li məlumat al­dı­ğı­na çox şad ol­du­ğu­nu bil­dir­di. La­kin Azər­bay­ca­nın müs­tə­qil­li­yi­nin tanınma­sı mə­sə­lə­si­ni açıq sax­la­ya­raq o, de­di:

1. Ame­ri­kalı­lar dün­ya­nı ki­çik his­sə­lə­rə böl­mək is­tə­mir­lər;

2. Əgər Azər­bay­can Qaf­qaz Fe­de­ra­si­ya­sı ya­rat­maq fik­ri­nə qo­şul­sa, bu, onun üçün yax­şı olar;

3. Bu kon­fe­de­ra­si­ya Mil­lət­lər Cə­miy­yə­ti­nin tək­li­fi ilə hər han­sı­ bir döv­lə­tin kö­mə­yi­nə ar­xa­la­na bi­lər;

4. Azər­bay­can mə­sə­lə­si "rus mə­sə­lə­si"n­dən əv­vəl həll edi­lə bil­məz.

Da­nı­şıq­lar za­ma­nı yer­lər­də və­ziy­yə­ti öy­rən­mək üçün Qaf­qa­za xü­su­si Ame­ri­ka mis­si­ya­sı gön­də­ri­lə­cə­yi ba­rə­də Azər­bay­can nü­ma­yən­də­lə­ri­nə mə­lu­mat ve­ril­di. La­kin bu mis­si­ya xey­li gec, yal­nız 1919-cu ilin okt­yab­rın­da gə­lib Ba­kı­ya çıx­dı.

Vil­son tə­rə­fin­dən Əlimərdan bəyin qə­bul edil­mə­si xə­bə­ri 1919-cu ilin may ayı­nın 30-da radio mə­lu­mat­la­rın­dan alın­mış və Ba­tu­ma gə­lən fran­sız mət­bu­a­tı da bu fak­tı təs­diq et­miş­di. Bu za­man Azər­bay­can­da is­tiq­la­lın bi­rin­ci il­dö­nü­mü tən­tə­nə­li şə­kil­də ke­çi­ri­lir­di. Par­la­men­tin bay­ram ic­la­sın­da­kı çı­xı­şın­da Na­zir­lər Şu­ra­sı­nın səd­ri Nəsib bəy Usub­bə­yov sülh konf­ran­sı­na bö­yük ümid bəs­lə­di­yi­n bil­di­rə­rək de­yir­di: "Azər­bay­ca­nın müs­tə­qil­li­yi baş ver­miş bir fakt­dır. Mən sülh konf­ran­sı­nın son sö­zü­nü tam so­yuq­qan­lıq­la göz­lə­yi­rəm. Ağlım kəs­mir ki, dün­ya­nın ən mə­də­ni xalq­la­rı­nın nü­ma­yən­də­lə­ri Azər­bay­can türk­lə­ri­nin ar­zu və is­tək­lə­ri­nə bi­ga­nə qal­sın­lar. Əks təq­dir­də mən­də bu xalq­la­rın mə­də­ni xalq­lar ol­ma­sı­na şüb­hə oya­nar­dı və Azər­bay­can türk­lə­ri gə­lə­cək­də öz mü­qəd­də­rat­la­rı­nı tə­yin et­mək ki­mi mü­qəd­dəs bir hü­qu­qu hə­ya­ta ke­çir­mə­yə ça­lı­şar­kən bö­yük mə­də­ni xalq­la­rı fa­na­tiz­mə və di­ni əda­və­tə gö­rə mə­zəm­mət et­mək­də haq­lı olar­dı­".

Cəmil Həsənli, tarix elmləri doktoru, professor


ETİKET :  

Daha Çox