Azər Qərib: Gəncəlilər tarixə heç vaxt xəyanət etmirlər

"Atamın bir Gəncəli dostu var idi, mən uşaq olanda tez-tez gedirdik. Sonra öz dostlarım oldu, Gəncəyə gənc yaşlarında müstəqil getməyə başladım və elə o vaxtdandır ki, bu şəhəri sevirəm. 1988-ci ildə "İzvestiya" qəzetində mənim balaca bir məqaləm çıxdı və necə oldusa Gəncəyə öz tarixi adının qaytarılması təklifim senzuradan keçdi. Bundan sonra mən oldum Gəncənin sevimlisi"

GancaPost.info xəbər verir ki, bu sözləri jurnalist-blogger Azər Qərib Gəncəyə səfər edərkən öz facebook səhifəsində yazıb. Yazını olduğu kimi təqdim edirik:

"İllər keçdi o günlərdən, lakin mənim Gəncəyə qarşı münasibətim yalnız möhkəmləndi, eşqim bərkidi, sevgim mükəmməl oldu.

Gəncə çox unikal şəhərdir, Yelizavetpol da etmək istəyiblər onu, Kirovabad da olub, amma gəncəlilər öz şəhərlərini heç vaxt yad adlarla adlandırmırdılar, öz aralarında Gəncə həmişə elə Gəncə idi.

Gəncəlilərin ədəbazlıqları da möhtəşəm idi, "risovka" bacarığları da, səmimilikləri də, qonaqpərvərlikləri də.

Qonaq görəndə sanki çuşa gəlirdilər, ehtiras bürüyürdü onları: "ala bu kətəni də ye, bu qaymağdan da bir qaşıq dad, kabab yadından çıxmasın". Gedəndə də "baqajnika" bir səbət qoyurdular ki: "elə bu küçə ilə düppələm düz getsən, çıxarsan Bakı yoluna, qadan alım".

İşlərimlə bağlı bu karantin dövründə getdim bir günlük Gəncəyə.

Çox təmiz gördüm şəhəri, çox səliqəli, insanlarını isə intizamlı.

Hətta deyərdim ki, bizdən intizamlı görsəndilər mənə.

Növbədə durmağları, maska taxmaları, bircə gözüm dəyməsin, kimin üzərliyi var, yandırın.

Əfsanəvi küçələri ilə də gəzdim.

Gəncənin Tarqovusu indi Cavad Xan adlanır, amma bilirsiniz də, gəncəlilər tarixə heç vaxt xəyanət etmirlər, elə bu gün də onu Sabir küçəsi adlandırırlar.

Sağ ol, mənim Gəncəm.

Sağ ol ki, nikbinliyini, sabaha ümid ilə baxma bacarığını qoruyub saxlaya bilmisən, sağ ol ki, səni bu qədər özünə yaxşı baxan, küçələrini bu qədər təmiz, niyyətlərini bu qədər saf gördüm.

Çox heyif ki, karantinə görə Göygöl yolunda ləziz yeməklərdən dada bilmədim, həmin o kətədən, həmin o kabablardan məhrum oldum.

Amma söz verirəm, bu bəladan qurtaran kimi, mən səndən əl çəkən deyiləm, kəsdirəcəm başının üstünü ki, di ver mənim doğma təamlarımı".

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR