-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

5 ay əvvəl yaranan şirkət 158 min manatlıq tenderin qalibi oldu - Gəncədə

Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin elan etdiyi tenderin qalibi məlum olub.

13:42:35 | 2020-06-02

GancaPost saytı bildirir ki, 158 min 122 manat 36 qəpik dəyərində tender müsabiqəsinin qalibi “The First Holding” MMC olub.
“The First Holding” MMC Gəncə şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə təsərrüfat malları və avtomobil ehtiyyat hissələri satacaq.
Qeyd edək ki, “The First Holding” MMC cəmi 5 ay əvvəl - 16.12.2019-cu il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 20 manat olan “The First Holding” MMC -nin qanuni təmsilçisi Zeynalova Humay Tofiq qızıdır. Bakı şəhəri, Nizami rayonu, Qara Qarayev pr., ev 78, m. 21 ünvanında qeydiyyatda olan şirkət haqqında açıq internet resurslarında heç bir məlumat mövcud deyil.
Onu da bildirək ki, tender müsabiqəsində iştirak edə bilmək üçün iştirakçılardan tələb olunan sənədlər arasında son 1 ildəki maliyyə vəziyyətilə bağlı arayış tələb olunur. "The First Holding” MMC isə cəmi 5 ay əvvəl dövlət qeydiyyatına alınıb.


ETİKET :  

Daha Çox