-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Avropa Məhkəməsi hansı işlərə baxır?

Avropa İnsan Hüquqları Məhkəməsinə hansı hallarda müraciət etmək olar? Ərizə ilə məhkəməyə şikayət etmək üçün hansı şərtlər yerinə yetirilməlidir?

14:19:48 | 2019-04-16

Məhkəmə Avropa İnsan Hüquqları Konvensiyasını tətbiqi edir. Məhkəmənin vəzifəsi Avropa Şurasına üzv olan dövlətlərin Konvensiyada əks olunan hüquqlara və onlarla əlaqəli zəmanətlərə hörmət edilməsini təmin edir. Bu iş fərdi şəxslər, bəzən isə dövlətlər təqdim edilmiş şikayətlərə (onlara “şikayət ərizəsi” də deyilir) baxılması yolu ilə həyata keçirilir. Əgər Avropa Şurasına üzv olan dövlətin qeyd olunan hüquqlar və onlarla əlaqəli zəmanətlərdən biri və ya bir neçəsini pozduğu müəyyən edilərsə, Məhkəmə qətnamə çıxarır. Qətnamələrin icrası məcburidir. Konvensiyanı pozan müvafiq dövlətlər onlara əməl etməlidirlər.

Hər bir şəxs Konvensiya ilə müyyən edilmiş hüquqlarının pozuntusu ilə əlaqədar məhkəməyə müraciət edə bilər. Bu hüquq pozuntuları Konvensiyaya qoşulan dövlətlərdən biri törədilmiş olmalıdır.
Konvensiya aşağıdakı hüquqları müdafiə edir:

- Yaşamaq hüququ;

- Mülki və cinayət işində ədalətli mühakimə olunmaq hüququ;

- Şəxsi və ailə həyatına hörmət hüququ;

- Sərbəst fikir ifadə etmək azadlığı;

- Fikir, vicdan və din azadlığı;

- Səmərəli hüquq müdafiə vasitəsiləri hüququ;

- Mülkiyyət hüquqlarına hörmət olunması;

- Seçkilərdə səs vermək və seçilmək hüququ.
Konvensiya ilə aşağıdakıları qadağan edilir:

- İşgəncə və qeyri-insani və ya ləyaqəti alçadan davranış və ya cəzanı;

- Əsassız və qanunsuz həbsi;

- Konvensiyada təsbit edilmiş hüquq və azadlıqların istifadəsində ayrı-seçkiliyi;

- Dövlətin öz vətəndaşlarının ərazisindən çıxarılması və ya onlara həmin dövlətin ərazisinə daxil olmağa qadağa qoymasını;

- Ölüm cəzasının tətbiq edilməsi;

- Əcnəbi vətəndaşların ölkədən kollektiv şəkildə çıxarılması.

Ərizə ilə müraciət etmək üçün aşağıdakı şərtlər yerinə yetirilməlidir:

Müraciət edən şəxs Konvensiyaya qoşulan dövlətlərin vətəndaşı olmaya bilər, lakin şikayətə səbəb olan qanun pozuntusu Konvensiyaya qoşulan dövlətlərdən birinin “yurisdiksiyası” çərçivəsində, yəni onun ərazisi daxilində baş verməlidir. Məhkəmə istənilən fiziki və ya hüquqi şəxsdən – şirkət və ya assosiasiyalardan şikayətlər qəbul edə bilər. Şikayətçi sübuta yetirməyə çalışdığınız qanun pozuntusunun şəxsən və bilavasitə qurbanı olmalısınız. Ərizəçi hər hansı bir qanun və ya hər hansı bir tədbir ilə bağlı, onların ümumiyyətlə ədalətsiz olduğunu iddia edərək, ümumi şikayət edə bilməz; eyni zamanda başqa insanların adından şikayət edə bilməz (həmin insanların şəxsiyyəti aydın şəkildə göstərilirsə və ərizəçi onların rəsmi nümayəndəsi sayılırsa, bu halda onların adından müraciət edə bilər).

Məhkəməyə müraciət etməmişdən əvvəl milli məhkəmələrdə yerinə yetirilməsi vacib sayılan tələblər varmı?

Ərizəçi şikayət etdiyi məsələ ilə bağlı müvafiq dövlətdə həmin pozuntunu aradan qaldıra bilən bütün hüquq müdafiə vasitələrindən istifadə etməlidir (adətən bu aşağıdakı mənanı daşıyır: ərizəçi ilkin instansiya sayılan hər hansı müvafiq məhkəməyə müraciət etməli, daha sonra müvafiq qaydada Apellyasiya məhkəməsinə və cavabdeh dövlətdə mövcud ola bilən digər yuxarı instansiya məhkəməsinə, belə ki, Ali məhkəmə və ya Konstitusiya məhkəməsinə müraciət etməlidir).

Daxili hüquq müdafiə vasitələrindən sadəcə istifadə etmək kifayət deyildir. Bu instansiyalara müraciət edən zaman ərizəçi xüsusilə öz şikayətinin mahiyyətini irəli sürməli, yəni Konvensiyada əks olunan hüququn pozuntusunu faktlarla açıqlamalıdır.

Ölkə daxilində son qərar çıxarıldıqdan sonra (adətən bu qərar son instansiya məhkəməsinin qərarı hesab olunur) ərizəçi həmin qərarın çıxarıldığı tarixdən etibarən altı ay ərzində Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət ərizəsi ilə müraciət etməlidir. Bu müddət bitdikdən sonra ərizəçinin müraciəti Məhkəmə tərəfindən qəbul edilə bilməz.

Ərizəçi kimə qarşı şikayət edə bilər?

Ərizəçinin fikrincə bilavasitə ona təsiri olan bir və ya bir neçə hərəkət və ya hərəkətsizlik nəticəsində Avropa İnsan Hüquqları Konvensiyasının müddəalarını pozan hərəkəti etmiş Konvensiyanı imzalamış bir və ya bir neçə dövlətə qarşı şikayət verilə bilər. Şikayət edilən hərəkət və ya hərəkətsizlik həmin dövlətin/dövlətlərin səlahiyyətli orqanları (məsələn, məhkəmə və ya inzibati orqanlar) tərəfindən törədilməlidir. Məhkəmə fərdi şəxslərə və ya özəl təsisatlara, məsələn ticarət şirkətlərinə qarşı qaldırılan şikayətlərə baxa bilməz.

Ərizəçi nədən şikayət edə bilər?

Ərizəçinin şikayət ərizəsi Avropa İnsan Hüquqları Konvensiyasında əks olunan hüquqlardan biri ilə əlaqədar olmalıdır. İddia olunan pozuntular geniş məsələləri əhatə edə bilər: məsələn, məhbuslara qarşı işgəncələrin və ləyaqəti alçadan rəftarın tətbiq edilməsi; qeyri-qanuni həbs; mülki və ya cinayət işləri ilə bağlı məhkəmə proseslərində pozuntular; Konvensiyada nəzərdə tutulmuş hüququn tətbiqi zamanı ayrı-seçkiliyə yol verilməsi; valideyn hüquqları; şəxsi həyat, ailə həyatı və məktublaşma hüququna hörmətlə yanaşılması; fikirlərin sərbəst şəkildə ifadə edilməsinə və informasiyanın əldə edilməsinə və ya ötürülməsinə məhdudiyyətlərin qoyulması; yığıncaqlarda və nümayişlərdə sərbəst iştirak etmək hüququ; ölkədən zorla çıxarılma və ekstradisiya; mülkiyyətin müsadirəsi və mülkiyyətdən məhrum edilməsi. Ərizəçi Avropa İnsan Hüquqları Konvensiyasının pozulmasından başqa digər hər hansı bir hüquqi sənədin pozulmasından, məsələn İnsan Hüquqları Haqqında Ümumi Bəyannamənin yaxud Əsas Azadlıqların Nizamnaməsinin pozulmasından şikayət edə bilməz.

Ərizəçi işləri məhkəməyə necə göndərə bilər?

Ərizəçi Məhkəmə tərəfindən forması müəyyən edilən ərizə formasında doldurulmuş və imzalanmış ərizəni müvafiq sənədlər ilə birlikdə aşağıdakı ünvana poçtla göndərilməlidir: https://www.echr.coe.int/Documents/Application_Notes_AZE.pdf

The Registrar European Court of Human Rights Council of Europe F-67075 Strasbourg cedex
Ərizəçi Məhkəmənin rəsmi dillərindən birində (ingilis və ya fransız dilində) və yaxud Konvensiyanı ratifikasiya etmiş dövlətlərdən birinin rəsmi dilində müraciət edə bilər.

Ərizə formasını faksla göndərməyə gərək yoxdur, çünki bu, Məhkəməyə müraciət etmək üçün Konvensiyada nəzərdə tutulan 6 aylıq müddətin gedişini dayandırmır.

Şikayəti şifahi şəkildə şəxsən çatdırmaq üçün Strasburqa getməyə ehtiyac yoxdur. Bu şikayətin daha tez baxılmasına kömək etmir və ərizəçiyə heç bir hüquqi məsləhət verilmir. Katiblik şikayət ərizəsi bağlı əlavə sənəd, məlumat və ya izahat istəyə bilər. Ərizə formasını Məhkəmənin internet saytından yüklənməli, onu diqqətlə və oxunaqlı şəkildə doldurmalı, imzalamalı və Məhkəməyə mümkün qədər tez bir zamanda göndərməlidir. Ərizə formasında aşağıdakılar göstərilməlidir:

- Faktların və şikayət etdiyiniz məsələnin tam və eyni zamanda qısa təsviri;

- Pozulduğunu güman etdiyiniz Konvensiya hüquqlarının qeyd olunması;

- İstifadə etdiyiniz daxili hüquq müdafiə vasitələrinin siyahısı;

- İşiniz üzrə müraciət etdiyiniz bütün səlahiyyətli dövlət orqanları tərəfindən verilən qərarların surətləri (bu sənədlər sizə geri qaytarılmayacaq, ona görə də Məhkəməyə onların yalnız surətləri göndərin);

- Ərizəçi olaraq sizin və ya sizi təmsil edən nümayəndənin imzası.

Əgər ərizəçi öz şəxsiyyətinizi gizli saxlamaq istəyirsə, bu barədə səbəbləri göstərərək Məhkəməni dərhal xəbərdar etməlidir. Bundan sonra xahişin təmin edilib edilməməsini Məhkəmənin Prezidenti müəyyənləşdirir.

İcraatın ilkin mərhələsində ərizəçinin hüquqşünasla təmsil olunmağınız məcburi deyildir. Əgər ərizəçi Məhkəməyə nümayəndə vasitəsilə müraciət etmək istəyirsinizsə, ərizə formasının müvafiq hissəsini doldurmalı və imzalamalıdır.

Məhkəmə icraatının əsas xüsusiyyətləri hansılardır?

İcraat yazılı şəkildə aparılır. Məhkəmə tərəfindən qəbul ediləcək hər hansı bir qərar haqqında ərizəçi yazılı surətdə xəbərdar edilir. Açıq şifahi dinləmələr müstəsna hallarda təşkil olunur. İşə baxılması üçün heç bir rüsum və ya ödəmə tələb olunmur. İcraatın ilkin mərhələlərində hüquqşünas tərəfindən təmsil olunmanız tələb olunmasa da, cavabdeh Hökumətə ərizəniz haqqında bildiriş verildikdən sonra ərizəçin nümayəndə təmsil etməlidir. Ərizələrin böyük əksəriyyəti Hökumətə bildiriş verilmədən qəbul edilməz elan oluna bilər.

Ərizəçi yalnız öz şəxsi xərclərini (hüquqşünas(lar)ının xidmət haqqını, araşdırma və poçt xərclərini və digər oxşar xərcləri) ödəməlidir. Şikayət ərizəsi Məhkəməyə təqdim edildikdən sonra Məhkəməyə hüquqi yardım üçün müraciət edə bilərsiniz. Hüquqi yardım hər bir halda və dərhal verilməmiş, Məhkəmə icraatının yalnız sonrakı mərhələləri verilir.

Məhkəmə icraatının əsas mərhələləri hansılardır?

Birinci növbədə Məhkəmə ərizənizin qəbul edilməsi məsələsinə baxır, yəni şikayət Konvensiya tərəfindən müəyyən edilmiş konkret tələblərə uyğun olmalıdır. Əgər ərizə bu şərtlərə uyğun deyil, şikayət ərizəninə rədd cavabı veriləcəkdir. Əgər ərizə bir neçə şikayətdən ibarətdirsə, Məhkəmə onlardan birini və ya bir neçəsini qəbul edərək digərlərinə rədd cavabı verə bilər. Əgər ərizə və ya şikayətlərdən biri qəbul edilməz elan edilərsə Məhkəmənin bu qərarı qətidir və ona bir daha yenidən baxılmayacaqdır. Məhkəmə tərəfləri (şikayətçini və cavabdeh Dövləti) məsələni dostcasına həll etməyə çağırır. Tərəflər məsələnin dostcasına həll edilməsi barədə razılığa gəlməsələr, Məhkəmə şikayətə mahiyyəti üzrə baxır və Konvensiyanın pozulub pozulmadığını müəyyənləşdirir. Ərizəçi Məhkəmənin iş yükünün ağırlığını nəzərə alaraq Məhkəmədə ərizəsinin ilkin baxışını bir ilə qədər gözləməyə məcbur ola bilər. Məhkəmə bəzi ərizələrə, xüsusilə ərizəçilərin qaçılmaz fiziki təhlükə altında olduğunu iddia edən ərizələrə üstünlük verərək onlara təcili baxa bilər.

Məhkəmə Konvensiyanın pozulduğunu müəyyən edərsə, o ərizəçiyə dəymiş zərərə görə müəyyən məbləğdə maddi kompensasiya ödənilməsini qərara ala bilər. Məhkəmə eyni zamanda cavabdeh Dövlətdən ərizənizin təqdim edilməsi ilə əlaqədar çəkdiyiniz xərclərin əvəzinin ödənilməsini tələb edə bilər. Məhkəmə Konvensiyanın pozulmadığını müəyyən edərsə, ərizəçi hər hansı bir əlavə xərc, o cümlədən cavabdeh Dövlətin çəkdiyi xərcləri ödəməli olmur. Məhkəmənin ölkədaxili qərarları və ya qanunları dəyişmək və ya ləğv etmək səlahiyyəti yoxdur. Məhkəmə öz qətnamələrinin icrası ilə əlaqədar heç bir məsuliyyət daşımır. Qətnamə çıxarıldıqdan sonra onun icrası üzrə məsuliyyət Avropa Şurasının Nazirlər Komitəsinə keçir. Nazirlər Komitəsi qətnamələrin icrasına nəzarət edir və hər hansı bir kompensasiyanın ödənilməsini təmin edir. Avropa İnsan Hüquqları Məhkəməsi daxili məhkəmələrin üzərində Apellyasiya məhkəməsi kimi fəaliyyət göstərmir. O işlərlə bağlı təkrar dinləmələr keçirmir, milli məhkəmələr tərəfindən verilən qərarları ləğv etmək, dəyişmək və ya işə yenidən baxmaq səlahiyyətinə malik deyildir. Məhkəmə şikayət edilən hakimiyyət orqanı ilə bilavasitə ərizəçi adından heç bir əlaqə yaratmır, lakin müstəsna hallarda, Məhkəmə müvəqqəti müdafiə tədbiri qərarı ala bilər. Bir qayda olaraq Məhkəmə yalnız ərizəçiyə fiziki xətər yetirilməsi təhlükəsi ciddi ehtimal olunduğu halda bu tədbirə əl atır. Məhkəmə ərizənizin tərtib edilməsi üçün ərizəçiyə hüquqşünas tapmaqda köməklik göstərmir və ya ərizənin tərtib edilməsi üçün hüquqşünasa ödədilən xərcləri ərizəçiyə ödəmir. Məhkəmə şikayətin ünvanlandığı Dövlətdə qüvvədə olan qanunvericilik ilə bağlı ərizəçiyə heç bir hüquqi məlumat verə bilməz.

Mənbə: Avrop İnsan Hüquqları Məhkəməsi yayınları.

Benefisiar.org


ETİKET :  

Daha Çox