Avropa Məhkəməsi gəncəli sahibkarın şikayətini təmin edib

Mayın 9-da Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti qərarını elan edib və mülkiyyət hüququnun pozulmasını tanıyıb.

GancaPost xəbər verir ki, bu barədə hüquqşünas Xalid Ağaliyev məlumat verib.

Məhkəmənin press-relizində bildirilir ki, Gəncədən olan sahibkar İlqar Hilal oğlu Məhərrəmov şəhərdəki dükanının sökülməsindən şikayət edib.

Bu 2004-cü ildə Gəncə şəhər İcra Hakimiyyəti qurumlarının sahibkardan dükanı boşaltmasını tələb etdikdən sonra baş verib. Tələb dükanın qarşısından keçən avtomobil yolunun genişləndirilməsi ilə izah edilib.

İ.Məhərrəmov kompensasiya tələb edib, ancaq buna məhəl qoyulmayıb və dükan sökülüb.

O, öz şikayətində göstərib ki, mağaza onun razılığı və məhkəmənin qərarı olmadan sökülüb.

Yerli məhkəmələr iddiaçının şikayətini təmin etməyib.

AİHM-in qərarında deyilir ki, yerli məhkəmələr sahibkarın mülkiyyət və ədalətli məhkəmə araşdırması hüququnu pozub.

Məhkəmədən həmin hüquqların pozulmasının tanınması və kiçik sahibkara dükana görə 90 min 322 avro, maddi zərərə görə 90 min 412 avro, mənəvi zərərə görə 10 min avro, hüquq məsrəflərinə görə isə 2534 avro ödənilməsi tələb olunub.

Qeyd edək ki, AİHM sahibkarın şikayəti üzrə birinci qərarını 2017-ci ildə qəbul etmiş, mülkiyyət hüququnun pozuntusunu tanımışdı. Ancaq həmin vaxt məhkəmə öz qərarında yazmışdı ki, maddi tələblərlə bağlı qərar verməyə hazır deyil. Məhkəmə güman etmişdi ki, dövlət bu məsələdə ərizəçi ilə razılaşacaq və bu 3 ay ərzində reallaşmalı idi. Ancaq bu baş verməmişdi.

XƏBƏR LENTİ

Gəncə Dövlət Dram Teatrı Rumıniya teatrı ilə əməkdaşlıq memorandumu imzalayıb

İlham Əliyev: Xankəndi qədim Azərbaycan torpağıdır

Müharibə vaxtı Gəncədə dağıdılmış evlərin tikintisinə əlavə vəsait ayrılıb

Gəncədə, Sumqayıtda yataqxanaların köçürülməsi ilə əlaqədar işlər gedir

"Gəncədə kurqanlar olan ərazidə tikinti işləri aparılır, tariximiz məhv olur" - Gəncənin deputatı

Bələdiyyədən torpağı qanuni şəkildə necə almaq olar? - İZAH

Gəncədə narkotik istifadəçilərinin sayı açıqlanıb

“Gəncədə, Sumqayıtda orta məktəblərdə attestat qiymətləri şişirdilir” - Deputat

Gəncə Cihazqayırma Zavodu mexaniki qaz sayğaclarının istehsalına başlayıb

"Şəhərlərarası təyyarə reysləri bərpa olunsun" - Gəncənin deputatı

Əmək müqaviləsinə xitam verilərkən işçinin hansı pul təminatları var?

İlham Əliyev: Biz Azərbaycanın çoxmillətli və çoxkonfessiyalı ölkə olması ilə fəxr edirik

“Kristal Abşeron” şirkəti Gəncədə yaşayış binaları inşa etməyi planlaşdırır

Dünyada 230 milyon sünnət edilmiş qadın var...

Azərbaycan müharibə cinayətlərinə görə 300-ə yaxın şəxsi “İnterpol”a verib

Gəncədə qəzalı binaların yenilənməsi və təmiri üçün Dövlət Proqramının layihəsi hazırlanıb

Gəncədə sənədsiz fərdi evlərlə bağlı problemin həlli mexanizmi açıqlanıb

"Kəpəz" klubunun Məşq Mərkəzi və Futbol Akademiyası - FOTOLAR

BÜTÜN XƏBƏRLƏR