-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Avropa İttifaqı Gəncədə mədəni irs festivalı keçirəcək

Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi “FANTAZİA” mədəni irs festivalı keçirir.

16:06:20 | 2019-10-25

Ardıcıl olaraq ikinci ildir Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyi “FANTAZİA” mədəni irs festivalı keçirir.

GancaPost saytı xəbər verir ki, festival 1-15 noyabr tarixində Bakı, Gəncə və Qəbələdə keçiriləcək.

Məşhur Bakı hamamının mühafizə olunan binasının şərəfinə adlandırılan “FANTAZİA” festivalının məqsədi mədəni irsin nümayişi və qorunması zəruriliyi barədə məlumatlılığın artırılmasıdır.

Festival Avropa İttifaqına üzv dövlətlər və üçüncü ölkələrlə, o cümlədən Fransa, Bolqarıstan, İtaliya, Latviya, Finlandiya, Belçika, Hollandiya, Macarıstan, Moldova, Meksika, Argentina, Tacikistan, Venesuela ilə, həmçinin aralarında Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər Mədəniyyət Baş İdarəsi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin də olduğu yerli tərəfdaşlarla birgə təşkil olunacaq.

Festival noyabrın 1-də Azərbaycan-Fransa universitetində memarlıq irsinə həsr olunmuş konfrans və Bakı tarixinə həsr olunmuş pop-up muzeyin açılış tədbiri ilə başlayacaq.

Festival çərçivəsində müxtəlif fotosərgilər, film nümayişləri, konsert və teatr tamaşaları, universitetdə master-klasslar keçiriləcək. Bu tədbirlərdə iştirak etmək üçün Bakıya 10-dan çox xarici qonaq gələcək.

Festival tədbirlərinin bir hissəsi, daha dəqiq desək, sərgilərin, debatların və film nümayişlərinin təşkili Gəncədə baş tutacaq. Festival çərçivəsində qonaqlar həmçinin Qəbələ rayonunun Nic kəndində təşkil olunacaq Alban-Udi Mədəniyyət Günündə də iştirak edəcəklər.


ETİKET :  

Daha Çox