-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Avropa İttifaqı Azərbaycanla yeni tərəfdaşlıq sazişi imzalamaq istəyir

Cozef Borel: Avropa İttifaqı Azərbaycanla yeni tərəfdaşlıq sazişi imzalamaq istəyir.

03:57:54 | 2020-12-19

Avropa İttifaqı (Aİ) Azərbaycanla qaz tədarükü də daxil olmaqla, yeni tərəfdaşlıq sazişi imzalamaq, həmçinin Dağlıq Qarabağdakı nizamlanma prosesində iştirak etmək istəyir.

GancaPost.info xəbər verir ki, bu barədə Aİ-nin xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndə Cozef Borel Azərbaycan-Avropa İttifaqı Əməkdaşlıq Şurasının 17-ci iclasından sonra bəyan edib.

"Avropa İttifaqı Azərbaycanla demokratiyaya, insan hüquqlarına və fundamental azadlıqlara riayət olunmasına əsaslanan əməkdaşlıq üzrə yeni hərtərəfli saziş bağlamaq istəyir. Bu Azərbaycan iqtisadiyyatının diversifikasiyasına və bizim ticarət əlaqələrimizin inkişafına, həmçinin əməkdaşlığımızın ən geniş formada inkişafına imkan yaradacaq", - deyə Cozef Borel bildirib.


ETİKET :  

Daha Çox