-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyir”

"Azərbaycan bütün bu layihələri həyata keçirməyə hazırdır və Avropanı Azərbaycana sərmayə qoymağa dəvət edir".

14:57:56 | 2019-07-09

"Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk ilə bugünkü danışıqların mövzusu Avropa İttifaqı və Azərbaycan arasında əməkdaşlığın genişləndirilməsi, tərəfdaşlıq haqqında gələcək saziş və Qarabağ münaqişəsi olub".

GancaPost xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Donald Tusk ilə danışıqların yekunlarına dair birgə brifinqdə bildirib.

İqtisadi məsələlər arasında Avropanın enerji təhlükəsizliyinə yönələn energetika və nəqliyyat layihələrinin həyata keçirilməsi, həmçinin Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin yaradılması qeyd edilib.

"Azərbaycan bütün bu layihələri həyata keçirməyə hazırdır və Avropanı Azərbaycana sərmayə qoymağa dəvət edir, - deyə İlham Əliyev bildirib.

"Qarabağ münaqişəsinin həll edilməməsi Cənubi Qafqaz regionunun inkişafına ciddi təsir göstərir və beynəlxalq qurumlar Azərbaycanın ərazi bütövlüyü nəzərə alınmaqla, onu həll etmək üçün səylərini artırmalıdır", - deyə İlham Əliyev vurğulayıb.

Öz növbəsində Donald Tusk bildirib ki, Avropa İttifaqı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tanıyır. O, münaqişənin beynəlxalq prinsiplərə əsasən sülh yolu ilə həllinə çağırıb.

"Prezident Əliyevlə söhbət zamanı biz bu məsələləri, habelə Azərbaycanda qanunun aliliyinə və insan hüquqlarına hörmətlə yanaşılmasının vacibliyini müzakirə etdik", - deyə Donald Tusk bildirib.


ETİKET :  

Daha Çox