-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

Tanınmış vəkil Gəncədə pulsuz hüquqi yardım göstərir

Hüquqi Yardım üçün müraciət edin!

00:12:56 | 2020-02-13

Tanınmış vəkil Əlibaba Rzayev əhalinin həssas və aztəminatlı təbəqəsinə ödənişsiz hüquq yardımı təklif edir.

Bu xidmətdən əlillər, qaçqınlar, məcburi köçkünlər, təqaüdçülər və əhalinin digər aztəminatlı hissəsi faydalana bilərlər.

Ödənişsiz hüquq yardımı əsasən aşağıdakı regionları əhatə edir:

Bakı, Gəncə, Bərdə, Mingəçevir, Lənkəran, Cəlilabad və Şirvan

Hüquq yardımına aşağıdakılar daxildir:

  • Yazılı və şifahi məsləhətlərin verilməsi;
  • Dövlət orqanlarına müraciətlərin hazırlanması;
  • Məhkəmələrə müraciətlərin (iddia ərizələrinin və digər ərizələrin, məhkəmə aktlarından apellyasiya və kassasiya şikayətlərinin və sair) hazırlanması;
  • Müraciət edənin istintaqda və məhkəmədə təmsil olunması;
  • Avropa İnsan Hüquqları Məhkəməsinə ərizələrin hazırlanması.

Ödənişsiz hüquq yardımı yerlərdə, həmçinin ünvana gəlməklə, habelə telefon və elektron poçt vasitəsi ilə müraciət etməklə həyata keçirilir.

Əlaqə məlumatları:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, Ayna Sultanova küçəsi, ev 1, mənzil 1

Mobil: (050) 593 18 38; (050) 540 80 99

e-mail: alibabarzayev@gmail.com

Hüquqi Yardım üçün müraciət edin!

Həmçinin, ödənişsiz hüquq yardım çərçivəsində “Elektron hökumət” başlıqlı buklet hazırlanmışdır. Həmin bukletdə elektron hökumətin mahiyyəti, məqsədi, elektron qaydada xidmət göstərən dövlət orqanları və bu qaydada göstərilən xidmətlərin növləri, eləcə də “Elektron hökumət” portalından istifadə qaydaları və digər məsələlərlə bağlı ümumi məlumatlar qeyd olunub.


ETİKET :  

Daha Çox