-- Adversting 9 --
-- Adversting 10 --
-- Adversting 1 --

“Amerika geri döndü. Diplomatiya qayıtdı”

"Amerika geri döndü. Diplomatiya qayıtdı" - Bayden ABŞ-ın xarici siyasətini sıfırlayır

23:44:06 | 2021-02-05

Xarici siyasətin vəd edildiyi kimi yenidən yüklənəcəyini bəyan edən ABŞ prezidenti Co Bayden cümə axşamı Rusiyaya meydan oxuyub, qalan dünyaya Amerikanın milli təhlükəsizlik strategiyasının "Amerika geri döndü. Diplomatiya qayıtdı" prinsiplərini rəhbər tutacağı haqqında açıq siqnal göndərib.

Bayden Dövlət Departamentində çıxış edərkən bildirib ki, Vaşinqton Rusiyanın addımlarına qarşı yeni, qətiyyətli yanaşma nümayiş etdirəcək.

"Prezident Putinə sələfimin üslubundan tamamilə fərqli bir üslubla başa saldım ki, ABŞ-ın Rusiyanın aqressiv addımları - bizim seçkilərə müdaxilə və öz vətəndaşlarını zəhərləməsi qarşısında geri çəkildiyimiz günlər geridə qaldı".

"Biz tərəddüd etmədən Rusiya üçün qiyməti qaldıracağıq və həyati əhəmiyyət kəsb edən maraqlarımızı və xalqımızı qoruyacağıq. Və biz digər tərəfdaşlarımız - həmfikirlərimizlə koalisiyada və koordinasiyalı fəaliyyət göstərsək Rusiya ilə münasibətlərimizdə daha effektiv olarıq", deyə o bildirib.

Baydenin fikrincə, Aleksey Navalnının siyasi motivlərlə həbs edilməsi və Rusiyanın ifadə və sərbəst toplaşmaq azadlıqlarını pozmaq səyləri "bizim və beynəlxalq ictimaiyyətin" dərin narahatlığını doğurur.

"Cənab Navalnı, eləcə də bütün Rusiya vətəndaşları Rusiya konstitusiyasına uyğun olaraq öz hüquqlarından istifadə etmək hüququna malikdir. O, korrupsiyanı ifşa etdiyinə görə təqib obyektinə çevrilib. O, dərhal qeyd-şərtsiz azad edilməlidir", deyə o, əlavə edib.

Bayden həmçinin Çin tərəfindən ABŞ-ın təhlükəsizliyinə və demokratik dəyərlərinə çağırışlara reaksiya verməyə söz verib. O, müxtəlif sahələrdə, o cümlədən insan hüquqları, əqli mülkiyyət və iqtisadi siyasətdə Pekinə qarşı mübarizə aparmağa söz verib.

“Amma biz Amerikanın maraqlarına uyğun olduqda Pekinlə işləməyə hazırıq. Biz güc nöqteyi-nəzərdən rəqabət aparacağıq, daxili quruculuğumuzu yaxşılaşdıracağıq, müttəfiqlərimiz və tərəfdaşlarımızla işləyəcəyik, beynəlxalq təşkilatlarda rolumuzu yeniləyəcəyik və öz nüfuzumuzu və əksəriyyəti itirilən mənəvi dəyərlərimizi qaytaracağıq”.

Bayden ABŞ-ın Səudiyyə Ərəbistanının Yəməndəki hərbi hücumuna dəstəyinin sona çatdırdığını deyib və bunu “humanitar və strateji fəlakət” adlandırıb. ”Bu müharibə sona çatmalıdır” deyib.

Bayden deyib ki, bunun əvəzində ABŞ Ərəbistan Yarımadasının ən kasıb ölkəsindəki beş illik qarşıdurmanı diplomatiya yolu ilə bitirəcək. O, Yəmənə xüsusi elçi olaraq diplomat Timoti Lenderkinqı təyin edəcəyini bildirib.

Səudiyyə Ərəbistanı Yəməndə əraziləri ələ keçirən və Səudiyyə Ərəbistanının sərhədyanı ərazilərini raket hücumlarına məruz qoyan Husi qruplaşmasına qarşı hücuma keçib. Ər-Riyadın həyata keçirdiyi hava hücumları zamanı çox sayda mülki vətəndaş ölüb, sağ qalanlar isə onlara qarşı istifadə olunan silahların ABŞ-da istehsal olunduğuna dair dəlillər göstərib.

Bayden Trampın çıxarmağı təklif etdiyi ABŞ əsgərlərini Almaniyada saxlayacağını bildirib. O, ABŞ-ın dünyanın problemli nöqtələrindən qəbul edəcəyi qaçqın sayını Trampın 18 minə endirəcəyini deməsinin əksinə olaraq, hər il 125 minə qədər artıracağını deyib.

“Son iki həftə ərzində bir çox yaxın dostlarımızla Trampın zəiflətdiyi əməkdaşlıq və demokratik islahatların bərpasına başlamaq üşün Kanada, Meksika, Britaniya, Almaniya, Fransa, NATO, Yaponiya, Cənubi Koreya və Avstraliyanın liderləri ilə danışmışam“, Bayden deyib.

Ağ Ev rəsmilərinin sözlərinə görə, Baydenin bu iradları onun bütün xarici siyasətini əhatə etmir.


ETİKET :  

Daha Çox